BOŞANMA ƏRƏFƏSİNDƏ OLAN VALİDEYNLƏR VƏ BOŞANMA ƏRƏFƏSİNDƏ OLAN UŞAQLAR

BOŞANMA ƏRƏFƏSİNDƏ OLAN VALİDEYNLƏR VƏ BOŞANMA ƏRƏFƏSİNDƏ OLAN UŞAQLARHər evlilikdə problemlər ola bilər. Ancaq bu problemlər bəzən ən yüksək səviyyəyə çatır və təbii olaraq tərəflərin bir-birinə zərər verməsinə səbəb olur. Hətta bəzən belə hallarda valideynlər təkcə özlərinə yox, uşaqlarına da zərər verməyə başlayırlar. Bəzi valideynlər evliliklərini uşaqlarına görə davam etdirdiklərini bildirirlər, ancaq uşaqlarını mütəmadi olaraq gərginlik altında saxladıqlarını unudurlar.

Təbii ki, bir evliliyi sona çatdırmaq həm tərəflər, həm də uşaqlar üçün çox çətindir. Ancaq mütəmadi zorakılıq olan (istər mənəvi, istərsə də fiziki) bir evdə yaşamaq daha çətindir. Buna görə də, bütün baş verənlərə baxmayaraq işə evliliyi bərpa etmək cəhdlərindən başlamaq lazımdır. Hətta lazım gəlsə, bu məsələdə bir ailə mütəxəssisinə müraciət etmək də çox vacibdir. Əgər bütün bunlara baxmayaraq boşanma qərarı verilmişsə, onda uşaqlarla münasibətdə çox həssas davranmaq lazımdır. Ən azı ona görə ki, boşanma tərəflərin "həyat yoldaşı" rolu ilə bağlıdır, "ata" və ya "ana" rolu ilə yox. Və ya başqa sözlə, siz həyat yoldaşı kimi boşana bilərsiniz, uşağınızın atası və ya anası kimi yox.

Digər tərəfdən, uşağınızla münasibətdə onun yaşını da nəzərə almalı və münasibətinizi buna görə nizamlamalısınız. Bu məsələdə lazım gəlsə, bir mütəxəssisdən də məsləhət ala və uşağınızın istər yaşına, istərsə də xarakterinə uyğun strategiya müəyyən edə bilərsiniz. Əgər uşağınızın yaşı 6-dan çoxdursa, onunla boşanma barədə danışmaqdan qorxmayın. Ancaq uşağınıza nə üçün boşandığınızı (təbii ki, onun başa düşəcəyi şəkildə) izah etməyi də unutmayın. Digər tərəfdən, əgər uşağınızın bu məsələ ilə bağlı fikirləri varsa, laqeyd qalmamalı və qiymətləndirməlisiniz. Məktəbəqədər yaşda olan uşağınıza da eyni şəkildə həyat yoldaşınızla bir yerdə yaşamayacağınızı, ancaq vaxtaşırı görüşəcəyinizi izah etməlisiniz. Boşanma qərarı uşağa hər iki valideyn tərəfindən bildirilməlidir. Ancaq bir məsələ də var ki, boşanma ərəfəsində heç vaxt uşağınıza həyat yoldaşınızla aranızdakı sevginin bitdiyini deməməlisiniz. Bu məsələdə üstünlüyü daha çox "qarşılıqlı hörmət", "qarşılıqlı ünsiyyət" kimi keyfiyyətlərə verməlisiniz.

Bundan başqa, boşanma ərəfəsində uşağınızın bütün suallarına cavab verməlisiniz. Uşağınıza boşandıqdan sonra nə baş verəcəyini və gələcəkdə onu nə gözləyəcəyini izah etməyi də unutmamalısınız. Əks halda, uşağınız həmişə gələcəklə bağlı qayğı içərisində olacaq və mütəmadi olaraq gərginlik keçirəcək. Digər tərəfdən, uşağınıza hər iki valideynini də görə biləcəyini bildirməlisiniz. Boşandıqdan sonra tərəflər bir-biriləri haqqındakı mənfi hiss və ya düşüncələrini uşaqlarına əks etdirməməlidirlər. Hətta bu məsələ ilə bağlı ailənin digər üzvləri də xəbərdar edilməlidirlər. Bundan başqa, valideynlər (xüsusilə də, məktəbəqədər yaşda olan uşaqları üçün) vaxtaşırı bir araya gəlməlidirlər. Uşaqlarının əlamətdar günləri hər iki valideyn tərəfindən qeyd edilməli və bu günlərdə hər iki valideyn uşaqlarının yanında olmalıdır. Uşaqları ilə bağlı problemləri də valideynlər bir yerdə həll etməlidirlər.

bosanma

Bununla yanaşı, uşaqda müxtəlif reaksiyalar da müşahidə etmək olar. Məsələn, uşağınız məsələyə bəzən çox ciddı reaksiya verə, bəzən də heç bir şey olmamış kimi hərəkət edə bilər. Bəzən isə valideynlərdən birinə qarşı düşmən mövqe tuta bilər. Belə vəziyyətlərdə bir mütəxəssisdən kömək istəməli və uşağınızın hisslərini öyrənməlisiniz.

Ailə və Uşaq     Baxılıb: 2160   Tarix: 05 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

turlar.az

sac duzumleri yemek reseptleri yay kolleksiyasi tərəvəzlər qidalandirici maskalar dərslər bilinçik resepti kosmetika vetene aid atalar sozu veten balıq heyati rus dili 2ci ders