Boşanmaların İLGİNC SƏBƏBLƏRİ

Boşanmaların İLGİNC SƏBƏBLƏRİ2016-cı ilin 11 ayı ərzində Azərbaycanda qeydə alınan boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-noyabr ayları ərzində 12 min boşanma halı qeydə alınıb.

Bəs ildən-ilə boşanmaların sayının artması nə ilə bağlıdır?

Qadınsaytı.az xəbər verir ki, bakipost.az-ın sualını cavablandıran Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, nikahlar adətən tələskənliyə yol verildiyi üçün pozulur: "Əslində biz rəqəmləri qeydə aldığımız zaman qeyri-rəsmi nikahları qeydə almırıq. Qeyri-rəsmi nikahlarda da boşanmalar, dünyaya gələn uşaqlar var və bu nikahlar heç də rəsmilərdən az deyil. Rəqəmlər bərabər olmasa da, hər halda 25-30 faiz çoxluq təşkil edir.

Adətən nikaha girərkən tələskənliyə yol verirlər. Həmçinin maraqlar çərçivəsində qurulan və valideynlərin istəkləri olan məcburi nikahlar da az deyil.

Ümumiyyətlə, sosial şəbəkələrdə tanış olub, haradasa təsadüfi tanışlıqla aşiq olub evlənən cütlüklər də var. Çox az halda tərəflər bir-birini tanıyıb, sonra nikaha girir, qarşı tərəflə bir-biri ilə bütün nüansları müzakirə edib ailə qururlar.

Adətən biz ailə qurarkən tələskənliyə yol veririk. Sadəcə ailə qurub, nəsil artırmaq istəyənlər bu formada nikaha girirlər".

Mehriban Zeynalova qeyd edib ki, münasibətlərin sabit və davamlı olmamasının əsas səbəbi ümumi ailə münasibətlərində olan bir boşluqdan irəli gəlir: "Bu gün biz yazılmamış qanunlarla ailəni idarə etmək istəyirik. Həm də qanunları kifayət qədər qəbul etmirik. Qanunlarla yazılmamış qaydalar bir-biri ilə ziddiyyət təşkil edir. Qadınların bəziləri kifayət qədər öz hüquqlarını bilir, bir qismi isə köhnə qaydalarla ailənin idarə olunmasının əleyhinədir. Xüsusilə də onlar sərbəst olmaq istəyir.

Kişilər ailə məsuliyyətinin kifayət qədər olan öhdəliyini çiynində daşımaq istəmir. Yük qadınların çiyninə düşür. Bu da münasibətlərin gərginləşməsinə gətirir.

Əvvəlki patriarxal ailə modelində kişi işləyib, qadın isə ailə idarəçiliyini tənzimləyirdi. İndi isə qadın həm işləməli, həm ailə idarəçiliyini tənzimləməli, həm də kişinin azadlığını əlindən almamalıdır. Yəni burada kişi ailə başçısı modelini kifayət qədər icra etmir.

Bəzi hallarda ailədə həm kişi, həm də qadın tərəfindən xəyanətlər olur. Sosial şəbəkələr, kənar və valideynlərin müdaxiləsinin hamısı ailələrinin dağılmasına səbəb olur. Daha çox dəyərlər sisteminin pozulması ailənin pozulmasına gətirib çıxarır".

Birlik rəhbəri hesab edir ki, 2017-ci ildə bu cür boşanmalar olmayacaq: "Çünki hazırda baş verən hadisələr, dünyadakı böhranın Azərbaycana təsir etməsi, ola bilər ki, bəzi ailələrin dağılmasını səngitsin. Həm qadınların, həm kişilərin təkrar ailə qurması bir az problem yaradacaq. İqtisadi problemlər də bəlkə ailənin hələlik dağılmasına mane olsun. Bu il rəqəmlər bu qədər olmaya bilər. Amma hadisələrin gedişatını bilmək olmaz.

Əgər köhnə qaydalarla idarə etmək, qanunlara tabe olmamaq, eyni zamanda kişilər yenə də ailə öhdəliyini öz çiyinlərinə götürməsə, onda qeyri rəsmi-nikahlar çoxalacaq. Yenə də qeyri rəsmi-nikahların statistikası müəyyən olunmayacaq. Biz prosesləri izləməliyik. Amma mən görürəm ki, kişilər ailənin nə köhnə patriarxal ailə modelini qoruyub saxlamaq, nə də yeni münasibətlər və təzə qanunlara uyğunlaşmaq istəyirlər. Bu ailənin kifayət qədər sabit qalmasına təsir edir. Qadınlar köhnə qaydalarla idarə olunmaq, kişilər isə sərbəstlik vermək istəmir, valideynlər isə çox pis şəkildə ailəyə müdaxilə edirlər. Bunlar hələ dəyişmədiyindən boşanmaların sayının qarşısının alınması məsələsi real görünmür. Artım da ola bilər. Amma yeganə variant bu çətin şəraitdə ola bilər ki, hansısa stabil dayanmalar olsun. Bir az azalma olsun".

Xəbərlər     Baxılıb: 1696   Tarix: 25 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

geymler 2026 gözəllik məhsulları makiyaj instagram nergiz pasayeva genc aile islamda hicab kəpək kosmetika layla yumurta seksual həmidə kokelmek