Boyat yeməklərdən istifadə edilməsinin ziyanı

Boyat yeməklərdən istifadə edilməsinin ziyanıBəzən süfrədə yeyilməyən və istifadə edilməyən xörəkləri israf olunmaması üçün sonrakı günə saxlayırlar. Əslində bu, ta qədimdən belədir. Əvvəllər qidaların köhnəlməməsi üçün sərin yer seçilirdisə, indi müasir soyuduculardan istifadə olunur. Mütəxəssislər bildirirlər ki, yeməkləri düzgün saxlamamaq, onları hətta ikinci dəfə qızdırıb boyat şəkildə istehlak etmək orqanizmdə ciddi fəsadlara səbəb olur. Bişirilən yeməklərin tərkibi emal prosesindən çıxmış məhsullardır. Həmin məhsullar bir müddət saxlanılanda hansı proseslər baş verir?
Milli.Az bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu sualın cavabında AZƏRTAC-a deyib: "Termiki emal olunmuş yemək nə qədər sərində saxlanılsa da, onun tərkibində olan bitki və ya heyvani mənşəli hüceyrələrin dağılması nəticəsində maddələr öz-özünə parçalanmağa başlayır. Bunun nəticəsində əvvəlcədən toksiki olmayan maddələr zəhərli parçalara bölünməyə başlayır. Boyat yeməyin dadında dəyişiklik hiss olunmasa da, həmin proses gedir".
Onun dediyinə görə, bir neçə gün qalmış qidaların dadı pozulmasa da, onları qətiyyən yemək düzgün deyil: "Əslində dad o zaman pozulur ki, qida maddəsinin tərkibinin çox hissəsi sıradan çıxmış olsun. Həmin maddələr orqanizmə daxil olan kimi qaraciyəri yükə salır. Tərkibində parçalanmış radikallar olan, zülalların, amin turşularının və yağların oksidləşmə nəticəsində konserogen maddələr əmələ gəlmiş qida məhsulları ortaya çıxır. Ondan istifadə edəndə dadındaki dəyişiklik aşkar hiss olunmasa da, zəhərli maddələrin əmələ gəlməsi demək olar ki, həyatımızı da qısaldır".
Yeməklərin boyatımaması üçün ilk olaraq onları qədərində hazırlamaq lazımdır. Yumurta, balıq, ət, toyuq, göbələk kimi riskli məhsullar iki saatdan artıq süfrədə qalmamalıdır. Əgər həmin məhsullar iki saatdan artıq soyuducuya qoyulmadan ev temperaturunda və açıq şəkildə qalıbsa, ikinci dəfə qızdırıb istehlak edilməsi məqsədəuyğun deyil. Bir gün sonraya qalıb rəngini dəyişən çörəyin də istehlakına diqqət yetirmək lazımdır. Şöbə müdiri deyib: "Təcrübə göstərir ki, iki-üç gündən sonra hətta soyuducuda saxlanılan çörəyin üstündə kif, göbələk əmələ gəlir. Təzə vaxtı biz onu görmürük. Onda görürük ki, göbələk kaloniyası çörəyin üzərinə toplaşır. Bəzən onu təmizləyib, üzünü kəsəndən sonra qalan hissəsindən istifadə edirlər. Bu, qətiyyən düzgün deyil, çünki üzərində göbələk varsa, deməli, həmin çörək parçası, yaxud hansısa qida məhsulu bütövlükdə göbələk infeksiyasına məruz qalıb. Onun istifadəsi zamanı orqanizm göbələk hücumu ilə üzləşir".
Mütəxəssislərin fikrincə, soyuducuda saxlanılan bəzi yeməklərin tərkibində də müəyyən dəyişikliklər baş verir və ziyanlı maddələr əmələ gəlir. Həmin qidaların orqanizmdə mənimsənilməsi çətinləşir və tədricən xoşagəlməz fəsadlara səbəb olur. Ona görə də gündəlik qida rasionu düzgün seçilərək qəbul olunmalıdır ki, orqanizmə lazım olan vitamin və minerallar təzə halda istehlak edilsin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1145   Tarix: 23 may 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

qadin dunyasi reseptler makiyaj instagram 2026 geyim sizanaqlar elm haqqında aforizmlər süni mayalanma kosmetika hakıştalar arıqla lakonizim sac duzumleri oglaq