Boynunuz ağrıyır? - Səbəb bunlar ola bilər

Boynunuz ağrıyır? - Səbəb bunlar ola bilərBoyun ağrıları bir çox insanı narahat edir. Belə ağrılar müxtəlif səbəblərə görə inkişaf edir.
Həmin səbəblərdən bir neçəsini təqdim edirik:
– Əzələlərin həddən artıq gərgin olması (mialgiya). Uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanda boyun əzələlərində gərginlik artır, əzələlər sıxılır. Sıxılmış əzələlər yanında yerləşən sinirləri sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini tez-tez narahat edir.
Belə vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər etməlidir – boynunu arxaya, qabağa və yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı yaxşılaşdırır, əzlələri "boşaldır" və ağrılardan xilas edir.
Boyun osteoxondrozu da boyun ağrılarının ən yayılmış səbəblərindən biridir. Bu, ciddi xəstəlikdir. Xəstəlik onurğada mübadilə proseslərinin pozulması nəticəsində inkişaf edir. Fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən fəqərələrarası disklər tədricən sürtülür və nazilir. Nəticədə fəqərələr bir birinə yaxınlaşır və aralarında keçən sinirləri sıxmağa başlayır ki, bu da ağrılara səbəb olur. Ağrı dartıcı xarakter daşıyır, insan başını çevirdikdə ağrı artır. Xəstəliyin risk faktorları arasında: azhərəkətli həyat tərzi, streslər, travmalar, ağır yükləmələr və s. İrsiyyət də burada böyük rol oynayır – əgər sizin yaxın qohumlarınızda osteoxondrozdan əziyyət çəkənlər varsa, sizdə bu pozulmanın inkişafının riski artmış olur.
– Fəqərələr arası yırtıq. Bu, osteoxondrozun nəticəsindir. Nazilmiş fəqərəarası disk yırtılır və onun işərisində olan nüvə çölə çıxaraq fəqərələr arasında sıxılır. Bu patologiya zamanı ağrı boyunda və kürəkdə hiss olunur. Digər simptomlar arasında – qollarda keyimə, baş ağrıları.
– Nevralgiya. Ənsə sinirinin zədələnməsi də boyun ağrılarına səbəb ola bilər. Bu pozulma bir çox hallarda ənsə nahiyəsinin soyuqlaması, boyun osteoxondrozu, travma və s. nəticəsində inkişaf edir. Ağrı ənsədən boyuna, qulağa, gözlərə yayılır. Ağrı çox güclü olur və insan başını çevirəndə daha da güclənir. Nəticədə xəstə başını bir daim vəziyyətdə saxlamağa çalışır.
– Miozit – əzələlərin iltihabı. Bu pozulma infeksion xəstəliklər (angina, qripp), soyuqlamalar, travmalar nəticəsində inkişaf edə bilər. Bir çox hallarda miozitin səbəbi adi yelçəkən olur. Xəstə başını çevirə bilmir, boyun sanki "donur". Ağrı boyunun bir hissəsində hiss olunur, qulaqlara, çiyinlərə yayılır.
– Stresslər. Güclü stress sinirlərin tonusunu artırır, nəticədə əzələlər də sıxılır və insan boyun nahiyəsində ağrı hiss edir.
publika.az

Xəbərlər     Baxılıb: 1914   Tarix: 06 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

sac duzumleri yemek reseptleri geyim dəbləri uşaq psixologiyası gozalti maskalar salatların hazırlanması kosmetika suni mayalanma maska hakiwda sirin qogal tərəzi bürcü