"Böyrək damarlarımda da xərçəng aşkarlanıb"- "Toppuş bacı"
"Hazırda ailəmlə birgə evdəyəm. İşim üçün çox darıxıram. Çalışdığım "Space" televiziyasından da iki aya yaxındır ki, səhhətimlə bağlı ayrılmalı oldum. Kimya terapiyası qəbul edirəm. Çünki böyrək damarlarımda xərçəng aşkarlanıb".
Open.az xəbər verir ki,bu sözləri oxu.az-a Əməkdar artist Tünzalə Əliyeva səhhətində yenidən yaranan problemlərdən danışarkən deyib.
"Koronavirus pandemiyası səbəbindən bütün dünyada xərçəng xəstələrinin müalicəsi dayandırılıb. Kimya terapiyası zamanı immun sistemi zəifləyir. Bu zaman koronavirusa yoluxmaq riski artır. Dünyada olduğu kimi, Azərbaycanda da kimya terapiyası dayandırılıb.
Yenidən xərçəng xəstəsiyəm. Şiş indi də böyrək yollarımdadır. Qanım aşağıdır, qalxmır. Bundan bir neçə il öncə uşaqlıq yolunun xərçəngindən əməliyyat olundum. Limfa vəzilərinə qədər sıçramışdı. Onun da müalicəsini apardım. İndi isə limfada deyil. MRT-nin cavabına əsasən, böyrək yollarında törəmələr aşkarlanıb".
Vətənimdə Mili Onkologiya Mərkəzində həm əməliyyat, həm də müalicə olundum. Orada mənə yüksək səviyyədə kömək oldular. Təmənnasız, bir qəpik pul almadan əməliyyatlarımı, kimya terapiyasını etdilər. İki ildən çoxdur ki, həkimlər məni sağaltmağa çalışırlar. Məni ayaqda saxlamaq üçün əllərindən gələni əsirgəmirlər. Xəstələr var ki, onlar hər üç aydan bir müayinəyə gedirlər, mən isə hər ay. Bütün bunlara görə, onlara sonsuz dərəcədə minnətdaram".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür