Böyrəkləri sağlam saxlayan məhsullar. FAYDALI

Böyrəkləri sağlam saxlayan məhsullar. FAYDALIBöyrəklər orqanizmimizin çox güclü filtridir. Gün ərzində böyrəklər dəfələrlə orqanizmdə dövr edən bütün qanı süzərək onu toksinlər, şlaklar, mikroblar, infeksiyalardan təmizləyirlər. Hesablanıb ki, gün ərzində böyrəklərdən 200 l qan keçir.
Ziyanlı maddələr böyrəklərdən sidik kisəsinə düşür və burada yığılaraq xaric olunur.
Böyrək xəstəlikləri ən yayılmış xəstəliklər qrupudur. Bu səbəbdən böyrəkləri daim qorumaq lazımdır.
Həkimlərin fikirinə görə, böyrəklərin xəstəliklərinə əsas təkan verən amil - suyun az qəbul olunmasıdır. Söhbət məhz təmiz sudan gedir.
Orqanizm kifayət qədər maye almadıqda qan daha qatı olur və belə qatı qanı təmizləmək böyrəklər üçün daha çətindir. Əksinə isə kifayət qədər maye qəbul edən insanın böyrəkləri daha az yüklənir və sağlam qalır.
İnsan həddən artıq miqdarlarda zülallı, yağlı, qızardılmış, şirin, duzlu, hisə verilmiş qidaları, mayonez, ketçup, kolbasa, sosis, müxtəlif turşular qəbul etdikdə, bu böyrəklərin sağlamlığına çox mənfi təsir edir. Spirtli içkilərin qəbulu (hətta az miqdarlarda) böyrəklərə hüceyrə səviyyəsində dağıdıcı təsir edir, böyrək çatışmazlığına səbəb olur.
Saglamolun.az bildirir ki, bəzi məhsullar böyrəklərin fəaliyyətinə müsbət təsir edir, onları qoruyur. Bu məhsulları  rasiona daha tez-tez daxil etmək lazımdır.
- Balqabaq və balqabaq tumları A, E, maqnezium, kalsium, kalium kimi böyrəklər üçün faydalı maddələrlə zəngindir. Kalium orqanizmdən artıq mayeni xaric etməyə kömək edir, ödemlərlə mübarizə aparır. Balqabaq və balqabaq tumları yüngül sidikqovucu təsir edir, böyrəkləri təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.
Alimlərin fikirinə görə, balqabaq şirəsi və balqabaq tumlarını daim qəbul edən insanlar böyrəklərində daşların əmələ gəlməsinin qarşısını alır.
- Qarpız. Bu nəhəng giləmeyvə böyrəkləri çox yaxşı təmizləyir, böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Qarpız şirəsi orqanizmi maye ilə doydurur, qanı duruldur və bunun nəticəsində böyrəklərin işini xeyli yüngülləşdirir.
- Xiyarın 95%-ni su təşkil edir. Lakin bu adi su deyil. Bu su orqanizmdə yığılmış ziyanlı maddələri xaric etmək qabiliyyətinə malikdir.
- Qreypfrut və digər sistrus meyvələrində spesifik maddə aşkar olunub ki, bu maddə böyrəklərdə kistaların əmələ gəlməsinin qarşısını alır.
- Şüyüd böyrəklər üçün faydalı olan efir yağları ilə zəngindir. Təzə şüyüd və ya şüyüd şirəsi böyrəkləri qumdan və hətta xırda daşlardan təmizləyir.
- Kök, bibər, çaytikanı, mərəcüyüd və s. A vitamini ilə zəngin olan məhsullar böyrəklərin sağlamlığına çox müsbət təsir edir.
- İtburnu çox güclü sidikqovucu təsirinə malikdir. İtburnu böyrəkləri qumdan təmizləyir, xırda daşları əridir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 984   Tarix: 31 oktyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi