Böyrəklərin sağlamlığını qoruyan 5 UCUZ MƏHSUL
Sağlam və tamdəyərli qidalanma böyrək sağlamlığında çox böyük rol oynayır.
Saglamolun.az xarici KİV-lərinə istinadla bildirir ki, hazırda dünyada hər 10 insandan biri böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkir və bu xəstəliklərin inkişafında qeyri-sağlam qidalanmanın rolu böyükdür.
Böyrəklərin sağlamlığına ziyan vuran qidalar arasında bunlardır: duzlu, hisə verilmiş qidalar, fast-fud, kolbasa, sosis, yarımfabrikatlar.
Bəzi qida məhsulları isə əksinə böyrəklərin sağlamlığını qoruyur, böyrək xəstəliklərin riskini artırır. Bu məhsulların siyahısını sizə təqdim edirik:
Kələm. Bu ucuz və əlçatan tərəvəz böyrəklərdə iltihabı azaldır.
Çuğundur qan dövranı və qan təzyiqinə çox müsbət təsir edir, böyrəklərə düşən yüklənməni azaldır.
Alma. Böyrək daşı xəstəliyinin yaxşı profilaktikasıdır.
Xiyar. Sidik turşusunun səviyyəsini aşağı salır, kiçik daşları "əridir".
Turp. Antioksidant maddələri ilə zəngin olan tupr böyrəklərin sağlamlığına çox müsbət təsir edir.
Suyun kifayət miqdarda qəbulu istənilən böyrək xəstəliklərinin ən yaxşı profilaktikasıdır. Gün ərzində orta hesabla 1 l adi qazsız su içmək lazımdır.
Nəzərə almaq lazımdır ki, şirin qazlı içkilər, spirtli və enerji içkilərin çoxlu miqdarda qəbulu böyrəklərə çox mənfi təsir edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi