Böyük əmgəyin kiçik olması təhlükəlidirmi?

Böyük əmgəyin kiçik olması təhlükəlidirmi?Əmgəyin kiçik olması proqnostik cəhətdən əsas meyar deyil. Əsas başın ölçüsünün hər ay norma hüdudunda artmasıdır.
Körpə anadan olarkən onun başı bir qədər deformasiyalı, kəllə sümükləri asimmetrik olur, başın bir tərəfində şişlər nəzərə çarpır. Bu doğuş zamanı körpənin baş hissəsinin məruz qaldığı mexaniki təsirin nəticəsidir.
Əmgəklər elastik və çox qalın toxuma qatı, üzərindən isə dəri qatı ilə örtülüdür. Ön (böyük) əmgək rombşəkilli olub, zamanla kiçilir və  6-18- cı ay arasında  bağlanır. Əmgəyin ölçüləri  1-4 sm arasında dəyişə bilər.
Vaxtından əvvəl doğulanların əksəriyyətində kiçik əmgək 4-8 həftəsinə kimi açıq qalır, körpənin həyatının 2-3-cü aylarında bağlanır. Böyük əmgəyin çox erkən və ya çox gec bağlanması normal hal sayılmır. Lakin, əmgəyin kiçik olması proqnostik cəhətdən əsas meyar deyil.
Bəzən əmgəyin ölçüsü bu rəqəmlərdən bir qədər də böyük və ya balaca, tez və ya gec bağlana bilər.
Əmgək bağlandı, daha körpənin başı böyüməyəcəkdir fikri də doğru deyildir. Çünki baş, başı təşkil edən sümüklər arasında olan tikişlər vasitəsilə böyüməyə davam edir.
Egər uşağın baş ölçüsünün normaya uyğundursa və hər ay başın dairəsi norma hüdudunda artırsa, narahatlığa gərək yoxdur. Əgər başın dairəsində artım normaya uyğun deyilsə, uşağın fiziki və sinir- psixi inkişafı qiymətləndirilməli, laborator və ya neyrosonoqrafiya nəticələr araşdırılmalıdır. Əgər nəticələr normaldırsa, hər hansı bir müalicəyə ehtiyac yoxdur.
Əmgəyi "kiçik" olan körpələrdə "D" vitamininin kəsilməsi doğru deyil. Profilaktik olaraq kiçik dozada verilən "D" vitamininin əmgəyin erkən bağlanmasına səbəb olması mümkün deyil.
Nurəngiz Hacıyeva
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1139   Tarix: 28 dekabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim dəbləri reseptler geymler 2026 turşu resepti efirde soyunan aparici intim heyat gelinlikler kosmetika klitor maraqlı qızlıq pərdəsi əqrəb burcler haqqinda