Boyunda osteoxondroz ürəyi sıradan çıxarır
Beyin oksigen və qlükoza ilə çalışan orqandır. Onu qidalandıran damarlardır, damarları isə ürəyin işi tənzimləyir. Beyin boyunda olan onurğa arteriyaları ilə qanla təchiz edilir.
Milli.Az xəbər verir ki, rusiyalı həkim Şişonun boyunda baş verən onurğa dəyişikliklərinin ürəyə və beyinə təsirini açıqlayıb.
Osteoxondrozda fəqərələrin yerdəyişməsi baş verir, disklər qığırdaqlar dağılmağa başlayır, onurğanı və başı tutan əzələ və bağlar da zədələnir.
Nəticədə onurğa arteriyası əyilir, sıxılıq, beynin damar mərkəzinə qan axını zəifləyir, oksigen çatışmazlığı baş verir.
Bu zaman beyin ürəyə əmr siqnalı göndərir ki, təzyiqi qaldırsın, bu zaman heç olmasa qan normal şəkildə yuxarı, başa irəliləyir.
İşemiya baş verməsin deyə ürək və beyin fövqəladə rejimdə işləməyə başlayır.
Beləliklə, boyun osteoxondrozu həm beynin, həm ürəyin işini pozur.
Ürək yüksək tezliklə işləyir, ritmi artır, çox yığılıb açılır, təzyiq qalxır, bütün orqanlar yüklənir, ürək əzələsinin ömrü qısalır.
İllərlə davam edən belə vəziyyət ürəyi gücdən salır.
Boyun osteoxondrozu müalicə olunub, arteriyalar azad olunsa, ürəyin də işi normallaşır, təzyiq düşür. Manual prosedurlardan sonra xəstələrin sanki üzərlərindən ağır daş qalxması kimi yüngül hiss buna görədir.
Çox zaman insanlar başını, beynini, ürəyini yoxladır, xəstə olduğunu düşünür, qutu-qutu dərman içir, amma sakitləşmir. Çünki beynin vəziyyəti normallaşmayıb, qan dövranı zəifdir. Ona görə ilk növbədə beyini təchiz etmək, sakitləşdirnək lazımdır.
Ona görə də əgər sizə boyun osteoxondrozu diaqnozu qoyulubsa, mütləq ürəyinizi düşünün. Çünki o xəstəliyə doğru gedir. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi