Boyunu şaqqıldadıb sındırmaq beyin üçün təhlükəlidir - Xəbərdarlıq

Boyunu şaqqıldadıb sındırmaq beyin üçün təhlükəlidir - XəbərdarlıqBoyun fəqərələrini şaqqıdadıb sındırmaq rahatlaşdırıcı, insana xoş gələn və sanki başdakı ağırlığı götürən prosesdir. Hətta insanlar bəzən ara "həkimləri", manual terapevtlərə, masajçılara gedəcək bu prosesi etdirməyə can atır.
Xüsusən baş beyində qan durğunluğu olanlar boyundakı sıxılmanı götürməklə damarlardan qanın axınını yaxşılaşdırdıqlarını güman edirlər.
Milli.Az bakupost.az-a istinadla xəbər verir ki, insanlarda bu vərdişin xeyrindənsə zərərli tərəfləri çoxdur.
Həkimlər bildirir ki, bədəndə istənilən oynaq və onurğa fəqərəsi birləşməsinin şaqqıldadılması oynaq ətrafındakı xüsusi kapsulu dartır. Bu kapsulda olan maye oynağa təzyiqin qarşısını alan amartizasiya rolunu oynayır.
Təzyiq azaldıqda bu maye qaza çevrilir. Məhz bu qaz əmələ gəlmə prosesində qığırdaqlardan şaqqıltı səsi gəlir. Bu proses tibdə kavitasiya adlanır.
Boyunda belə kapsulu olan oynaqlar çoxdur. Boynu sındırma zamanı kapsul partlayır, maye qaza çevrilib yüngülləşir, nəticədə xəstəyə elə gəlir ki, həmin hissədə ağırlıq getdi, yüngüllük hissi gəlir.
Lakin bu müvəqqətidir, çünki kapsul yenidən maye ilə dolur.
Tibdə boyun şaqqıldatmasından sonra insult olma faktları çoxdur.
Boyunda beyini qidalandıran əsas arteriyalar keçir.
Bəzi insanlarda, xüsusən yaşlılarda onlar zədəli, zərif olur, qəfil hərəkətdə damar divarı laylanır, nəticədə beyin qan dövranı pozulur.
Amerika İnsult Assosiasiyasının üzvləri manual həkimlərə boyunda belə manipulyasiyalar aparmaqdan çəkindirib.
Damar zədələnməsi riski 10% olsa da var. Xəstələrinizi ölümlə üz-üzə qoymayın.
O ki, qaldı boynu sağa-sola sındırıb, şaqqıldadıb rahatlanmaq, bu daha çox psixi effektdir. Onun boyuna, sağlamlığa heç bir faydası yoxdur.
İnsan boynunu şaqqıldatdıqda endorfin hormonu sintez olur, bədən bu hormonu ona görə sintez edir ki, boyunda olan ağrıya qarşı xəstə dözsün. Məhz endorfinin təsirindən insan boyun şaqqıtdatma prosesindən həzz alıb sakitləşir.
Həkimlər boynu tez-tez, gündə şaqqıldadıb, oynaqlara təzyiq etməkdən çəkindirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1928   Tarix: 23 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

yay geyimləri 2026 qadin sayti geymler 2026 hicab geyimleri seksi geyim çanta spermanin qadina faydasi kosmetika cinsi əlaqə oglaq englishdilində qulaq vətən haqqında bayatı toy gecesi