Boyunu şaqqıldadıb sındırmaq beyin üçün.. - Xəbərdarlıq

Boyunu şaqqıldadıb sındırmaq beyin üçün.. - XəbərdarlıqBoyun fəqərələrini şaqqıdadıb sındırmaq rahatlaşdırıcı, insana xoş gələn və sanki başdakı ağırlığı götürən prosesdir. Hətta insanlar bəzən ara "həkimləri", manual terapevtlərə, masajçılara gedəcək bu prosesi etdirməyə can atır.
Xüsusən baş beyində qan durğunluğu olanlar boyundakı sıxılmanı götürməklə damarlardan qanın axınını yaxşılaşdırdıqlarını güman edirlər.
Milli.Az bakupost.az-a istinadla xəbər verir ki, insanlarda bu vərdişin xeyrindənsə zərərli tərəfləri çoxdur.
Həkimlər bildirir ki, bədəndə istənilən oynaq və onurğa fəqərəsi birləşməsinin şaqqıldadılması oynaq ətrafındakı xüsusi kapsulu dartır. Bu kapsulda olan maye oynağa təzyiqin qarşısını alan amartizasiya rolunu oynayır.
Təzyiq azaldıqda bu maye qaza çevrilir. Məhz bu qaz əmələ gəlmə prosesində qığırdaqlardan şaqqıltı səsi gəlir. Bu proses tibdə kavitasiya adlanır.
Boyunda belə kapsulu olan oynaqlar çoxdur. Boynu sındırma zamanı kapsul partlayır, maye qaza çevrilib yüngülləşir, nəticədə xəstəyə elə gəlir ki, həmin hissədə ağırlıq getdi, yüngüllük hissi gəlir.
Lakin bu müvəqqətidir, çünki kapsul yenidən maye ilə dolur.
Tibdə boyun şaqqıldatmasından sonra insult olma faktları çoxdur.
Boyunda beyini qidalandıran əsas arteriyalar keçir.
Bəzi insanlarda, xüsusən yaşlılarda onlar zədəli, zərif olur, qəfil hərəkətdə damar divarı laylanır, nəticədə beyin qan dövranı pozulur.
Amerika İnsult Assosiasiyasının üzvləri manual həkimlərə boyunda belə manipulyasiyalar aparmaqdan çəkindirib.
Damar zədələnməsi riski 10% olsa da var. Xəstələrinizi ölümlə üz-üzə qoymayın.
O ki, qaldı boynu sağa-sola sındırıb, şaqqıldadıb rahatlanmaq, bu daha çox psixi effektdir. Onun boyuna, sağlamlığa heç bir faydası yoxdur.
İnsan boynunu şaqqıldatdıqda endorfin hormonu sintez olur, bədən bu hormonu ona görə sintez edir ki, boyunda olan ağrıya qarşı xəstə dözsün. Məhz endorfinin təsirindən insan boyun şaqqıtdatma prosesindən həzz alıb sakitləşir.
Həkimlər boynu tez-tez, gündə şaqqıldadıb, oynaqlara təzyiq etməkdən çəkindirir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1776   Tarix: 27 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

yaz geyimleri 2026 kosmetik vasiteler maskalar xiyarın faydaları monika belluççi testlər seksual pozalar kosmetika xeyanet oğlaq xocali vətənə aid bayatı layla