Mayonezli Çiyələk Piroqu

Mayonezli Çiyələk PiroquBizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda da istifadə etmək mümkündür. Bu reseptlərdən daha çox Sovet dövründə analarımız istifadə ediblər.

Mayonez nədir? Bizim ölkədə yaşayanlar üçün mayonez daha çox sovet dövrü mətbəxinin simvollarından biridir, nəinki, Fransız mətbəxinə aid bir sous. Bütün dünyada mayonez – ketçup və xardal ilə birlikdə ən məşhur 3 sousdan biri kimi tanınır. Mayonezi konditer məmulatlarına vurduqda xəmir elastik və məsaməli alınır. Bu, mayonezin tərkibində olan bitki yağının hesabına baş verir.

Bu gün sizə xəmiri mayonez əsasında hazırlanan ciyelekli piroq resepti təqdim etmək istəyirəm. Yuxarıda qeyd etdiyim kimi mayonezin hesabına bu piroqun xəmiri havalı və məsaməli alınır.

Lazım olan ərzaqlar:
3 ədəd yumurta
1 stəkan şəkər tozu
4 xörək qaşığı mayonez
1 stəkan un
300 qr. çiyələk
vanilli şəkər 10 qr. (1 paket)
qabartma tozu 1 çay qaşığı
bir çimdik duz
Əvvəlcə bir qaba yumurtaları və şəkəri əlavə edin. Mikser ilə ağarıb köpüklənənə qədər qarışdırın.
Daha sonra mayonezi əlavə edin. Vanili də əlavə edib yenə mikser vasitəsi ilə qarışdırın. Bir çimdik duz əlavə edin.

Başqa bir qabda quru ərzaqları – un və qabartma tozunu qarışdırın. Az-az duru məhlula əlavə edib qaşıq və ya spatula ilə ehtiyatla un həll olana qədər qarışdırın. Xəmirdə un topalarının qalmamasına fikir verin.
Piroqu bişirəcəyiniz qabı yağlayın. Hazırladığınız piroq məhlulunu qaba töküb üzərini qaşıqla bərabəqləşdirin.

Çiyələkləri əvvəlcədən yuyub suyunu qurudun. Təmizləyib iki yerə bölün. Doğradığınız çiyələkləri piroqun üzərinə sıx şəkildə düzün.

180 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə bişirin. Piroq hazır olub soyuduqdan sonra üzərinə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!

Mətbəx     Baxılıb: 39774   Tarix: 20 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

turlar.az

qadin dunyasi yay geyimləri 2026 reseptler asan 2026 geyim kolleksiyasi ureyin isemik xestelikleri 2026 hicab kosmetika vətənə aid bayatılar qz eviyçun hakışta google birlik meseller