Bu 2 pis vərdiş kökəlməyə səbəb olur

Bu 2 pis vərdiş kökəlməyə səbəb olurPiylənmə artıq bütün dünyada ciddi problemə çevrilib. Piylənməyə cavan insanlarda və hətta uşaqlarda da tez-tez təsadüf edilir.
Piylənmə tək kosmetik qüsur deyil, bu çox ciddi pozulmadır. Piylənmə bir çox xəstəliklərin (ürək-damar sistemi xəstəlikləri, diabet, bəzi xərçəng növləri, sonsuzluq və s.) inkişafına səbəb olur.
Alimlərin fikirinə görə, müasir insanlar arasında yayılmış 2 pis vərdiş artıq çəkinin yığılmasının və piylənmənin əsas səbəbləridir. Bu pis vərdişlər səhər yeməyindən imtina etmək və gecənin yarısına qədər oyaq qalmaqdır.
Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən imtina edən insan nahar və şam yeməyi zamanı daha çox qida qəbul edir və bu da artıq çəkinin yığılmasına səbəb olur. Alimlər səhər yeməyini daha kalorlu və tamdəyərli etməyi tövsiyə edirlər. Bu o demək deyil ki, 1 buterbrod və 1 fincan çay və ya qəhvə ilə kifayətlənmək lazımdır. Səhər yeməyi normal qida qəbulu olmalıdır. Səhər yeməyi zamanı  sıyıqlar, süd məhsulları, meyvə və ya tərəvəzlər, yumurta, bişmiş ət və ya toyuq kimi qidalara üstünlük vermək lazımdır. Bu halda qanda şəkərin səviyyəsi uzun müddət ərzində sabit qalacaq və insan nahar vaxtı daha az qida qəbul edəcək.
Gecə yarısına qədər oyaq qalan insanlar əksər hallarda vaxtını kompüter və ya televizor qarşısında keçirir. Bu zaman onlar adətən müxtəlif şirin, kalorlu qidaları (şirniyyat, çipsi, pop-korn və s.) qəbul edir. Bu qidalarda olan kalorilər, təbii ki, sərf olunmur və çəkinin artmasına səbəb olur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1440   Tarix: 02 dekabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

həkim məsləhəti toy gecesi sade makiyaj sekilleri qozlu toyuq salati haqista laminat parket onkologiya kosmetika gülməli hakıştalar vetene aid bayatilar hakışdalar həmidə maya maskasi