Bu 7 əlamətdən 4-ü sizdə varsa, həyəcan təbili çalmağın vaxtıdır

Bu 7 əlamətdən 4-ü sizdə varsa, həyəcan təbili çalmağın vaxtıdırBir çox hallarda şəkərli diabet insanda çox gec aşkar olunur. Bu isə olduqca təhlükəlidir. Yüksək şəkər bədənə çox ciddi ziyan vurur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, sizi şəkərli diabetin əlamətləri ilə tanış edirik:
Yüksək susuzluq və sidik ifrazının artması. Qanda artıq qlükozadan qurtulmaq üçün, böyrəklər səylə işləməyə başlayır, buna görə də insan tez-tez xüsusən də gecələr bayıra çıxmağa məcbur qalır. Yüksək susuzluq isə onunla bağlıdır ki, orqanizm maye itkisini bərpa etməyə çalışır.
Sürətli çəki itkisi. Diabet xəstəliyi zamanı yalnız sürətli çəki yığımı deyil, həm də onun sürətli itkisi ola bilər. Bu simptom xüsusilə də 1-ci tip şəkərli diabet xəstəliyinin əlamətidir. İnsulin qlükozanın hüceyrələrə daşınılmasının və ondan enerji mənbəyi kimi istifadə etməyin öhdəsindən gəlmir. Nəticədə orqanizmdə aclıq hissi yaranır və o əzələlərdən zülal əldə etməyə başlayır. Böyrəklər də həmçinin qandan qlükozanın artığını çıxardaraq səylə işlədiklərinə görə, bu kalorilərin itməsinə gətirir və böyrəklərə pis təsir edir.
Dərinin qaşınması, qiperpiqmentasiya, dərinin kobudlaşması. Dərinin quruluğu pozulmuş qan dövranının nəticəsində yaranır. Bu halda hətta qlükozanın normal səviyyəsində belə insan orqanizmində insulinə qarşı müqavimət ola bilər.
Yaraların gec sağalması. Şəkərin artıq miqdarı qan damarlarını zədələyir ki, bu da yaranın yerinə qanın daxil olmasını çətinləşdirir və sağalma prosesi uzanır.
Göbələk infeksiyaları ( həmçinin, qadınlarının vaginal infeksiyaları). Zəngin şəkərli mühitdə göbələklər və bakteriyalar özlərini çox rahat hiss etdikləri üçün çoxalmağa başlayırlar.
Görmə qabiliyyətinin aşağı enməsi. Şəkərli diabet vaxtı görmə qabiliyyətinin yayğınlığı yarana bilər. Qlükozanın yüksək səviyyəsi göz büllurunun (büllur parçasının) formasına təsir edir. Qanda qlükozanın səviyyəsinin normallaşması vaxtı bu simptom yox ola bilər.
Əl və ayaqlarda keyləşmə, yandırma, şişlər və ağrılar. Diabet əsəb sonluqlarına da zərər vura bilər. Əgər bu simptomlar yeni yaranıbsa, bu zaman şəkərin səviyyəsinə nəzarət onlardan qurtulmağa imkan yaradar.
İnsan nə qədər tez şəkərli diabetin ilk simptomlarına və siqnallarına diqqət etsə, o qədər daha tez bu xəstəliyi nəzarətə götürüb ağır və ölümcül nəticələrdən qurtula bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1041   Tarix: 15 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim necə seçməli hamiləlik reseptler agardici maskalar resepti uz maskalari 2026 hicab geyimləri geyim qaydaları kosmetika usaq geyimleri muellim seiri tapmaca qadin.az dolça