Bu ağır günlərdə bir daha əmin olduq ki...

Bu ağır günlərdə bir daha əmin olduq ki..."Son bir neçə aydır ki, dünyanı bürüyən koronovirus pandemiyasına qarşı Sizin tərəfinizdən ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə kəndində mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, Prezidentimiz çox hörmətli İlham Əliyev cənabları hər zaman öz xalqının yanındadır.
Möhtərəm Prezidentimiz, bu çətin günlərdə xalqımızı dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk".
Bunu Ağdam rayonunun Əfətli kəndinin sakini Şəmsəddin Əhmədov yazıb. O kəs ki, erməni işğalçılarının səngərləri ilə qabaq-qənşər məkanda, güllələrin çovuduğu bir məkanda yaşayır. Cəbhə kəndində.
Amma indi hamımız cəbhədəyik.
COVİD-19 koronavirus pandemiyası qlobal miqyasda fəlakətə çevrilib. Gözə görünməyən yoluxucu xəstəliyin fəsadları göz qarşısındadır. Sərhədlər bağlanıb, karantin və fövqəladə rejimlər  tətbiq olunub, iş yerlərinin əksəriyyəti bağlanıb, dövlət büdcəsinə düşən yük artıb.
Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da belədir.
Ölkəmiz indi çox təhlükəli, ağır sonucları ola biləcək bəla ilə mübarizənin ön cəbhəsindədir. Hər birimiz, harada olmağımızdan asılı olmayaraq.
Və bu mübarizədə ölkə vətəndaşlarından tələb olunan, sadəcə, bir məqamdır: dövlətin qərarlarına riayət etmək, rəsmi qurumların təvəqqelərini qulaqardına vurmamaq.
Azərbaycanda vətəndaş dövlət üçün yox, dövlət vətəndaş üçün olduğundan insanlarımızın sağlamlığı və səhhətinin tam təhlükəsizliyinin təminatı ilə yanaşı, karantin rejimində "Evdə qal!" çağırışına riayət edənlərin maddi durumlarında ciddi kolliziyaların yaşanmaması üçün də nə gərəksə, edilir.
Bu ağır günlərdə bir daha əmin olduq ki...Koronavirus böyük bəladır, 140 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır.
Lakin məhz ölkə rəhbərliyinin, hakimiyyətin qabaqlayıcı tədbirləri və düşünülmüş siyasəti nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və ibrət götürməliyik.
Azərbaycanda dövlətin vətəndaşların təhlükəsizliyinin təminatı ilə bağlı atdığı bütün addımlar ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük.
Bu ağır günlərdə bir daha əmin olduq ki...İsmayıllı rayonundakı 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi də bunu deyir. Onlar  dövlət başçısına ünvanladıqları məktubda yazıblar: "Bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVİD-19-yeni növ koronovirus pandemiyası bizim ölkədən də yan keçmədi. Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün bu pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur. "Biz birlikdə güclüyük" deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, hər zaman Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik".
Masallı rayonundakı Xanalion kənd sakini Mirəsgər Bağırzadə isə yazıb: "... Koronavirus bəlası tibbin ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib.
Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı".
Bu ağır günlərdə bir daha əmin olduq ki...Dünyanı cənginə alan koronovirus pandemiyası ilə bağlı təxirəsalınmaz, qabaqlayıcı tədbirlərə, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına, sağlamlığının qorunmasına, eləcə də, bu çətin dövrdə vətəndaşlarımızın sosial müdafiəsinə və biznes mühitinə dəyən ziyanın aradan qaldırılmasına göstərdiyi dəstəyə, qəbul etdiyi qərarlara, yürütdüyü siyasətə görə Prezident İlham Əliyevə minnətdarlıq edən vətəndaşlarımızın sayı minlərlədir.
Və bu say durmadan artır, çünki vətəndaş dövlətini, dövlətinin başçısını dəstəkləyir, inanır və etimad göstərir.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1193   Tarix: 17 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

reseptler geyim necə seçməli geyim və ayaqqabılar balamı sevirəm xina haqqinda melumat maraqli hind filmleri meyveli tort kosmetika hamilelik anabaci novruz bayrami hakisda rus dilin nece orenek cekc pornuxa