Bu ağrılarla hər bir qadın rastlaşır. Səbəblər

Bu ağrılarla hər bir qadın rastlaşır. SəbəblərSüd vəziləri çox incə orqandır. İstənilən hormonal dəyişiklik, hətta yüngül travma, stress süd vəzilərində ağrılara səbəb ola bilər.
Belə ağrılar "mastalgiya" adlandırılır. Qadınların əksəriyyəti bu problemlə rastlaşır. Lakin burada çox diqqətli olmaq lazımdır. Belə ağrılar bəzən çox ciddi xəstəliyin ilk simptomu ola bilər.
Süd vəzilərdə ağrıların səbəbləri arasında:
- Menstruasiyadan əvvəl qadın orqanizmində baş verən hormonal dəyişikliklər. Süd vəziləri böyüyür, onların həssaslığı artır, ağrılar ola bilər. Bu normal fizioloji haldır.
- Hamiləlik. Hamiləlik zamanı qadın orqanizmində çox ciddi hopmonal dəyişikliklər baş verir. Bu dəyişikliklər qadının, demək olar, bütün orqan və sistemlərinə təsir edir.
- Menopauza (klimaks). Bu dövrdə də qadınlar süd vəzilərində ağrılar, sıxılma, yanma və s. hiss edə bilər.
- Hormonal pozulmalar. Qadın hormonlarının tarazlığının pozulması menstrual dövrünün pozulmasına səbəb olur - menstruasiyalar "gecikir" və ya heç olmur, qısalır və ya əksinə uzanır, qanaxmalar olur və s. Süd vəziləri də bu vəziyyətdə "əziyyət çəkir", onlarda ağrılar, digər xoşagəlməz hisslər əmələ gəlir.
- Travma (əzilmə, sıxılma və s.). Süd vəzi travmaları bir çox hallarda ağrılara səbəb olur. Süd vəzi toxuması çox zərifdir və onu zədələmək çox asandır. Süd vəzi travmaları təhlükəlidir. Bu gələcəkdə hətta süd vəzi xərçənginin inkişafına səbəb ola bilər. Bu səbəbdən belə travma alan qadın mütləq mammoloqun müayinəsindən keçməlidir.
- Süd vəzi xərçəngi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış bədxassəli şişlərin növüdür.
- Xroniki stresslər zamanı qadın süd vəzilərində ağrılar hiss edə bilər.
- Mastopatiya. Bu ən yayılmış səbəbdir. Mastopatiya süd vəzi xərçənginin riskini artırır. Bu səbəbdən mastopatiyası olan qadın daim mammoloqların nəzarətində olmalıdır.
- Qalxanvari vəzi xəstəlikləri, xroniki ginekoloji xəstəliklər də süd vəzilərdə ağrılara səbəb ola bilər.
- Bəzən hətta düzgün seçilməmiş, sıx, narahat büsthalter süd vəzilərində ciddi ağrılara səbəb ola bilər.
Süd vəzilərdə olan ağrılar sizi tez-tez narahat edirsə, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1167   Tarix: 09 dekabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar qis geyimləri 2026 gözəllik məhsulları bürc uyğunluğu qizi ehtiraslandiran sozler ayaqların şişməsi avto qadın kosmetika novruz bayramı sekisler oglaq kəlamlar xeyanet