Bu aylar pandemiya üçün ən pis dövr ola bilər
"Microsoft"un qurucusu Bill Qeyts ABŞ-da izolyasiya rejiminin 2022-ci ilə qədər davam edəcəyini təxmin edir.
Publika.az xəbər verir ki, o, bu barədə "Daily Mail"ə danışıb. Milyarder COVID-19 pandemiyasının nəticələrinin yaratdığı böhranın nə qədər ciddi olacağı sualına cavab verib. İş adamının fikrincə, növbəti dörd-altı ay bütün pandemiya üçün ən pis dövr ola bilər. O, koronavirusla mübarizə üçün görülən sərt tədbirləri, o cümlədən özünütəcrid rejiminin tətbiq olunmasını, kafe və restoranlara qadağa qoyulmasını dəstəkləyib.
"Proqnozlara görə, daha 200 000 nəfər koronavirusdan ölə bilər. Maska taxıb məsafəmizi saxlasaydıq, ölümlərin əksəriyyətindən qaça bilərdik!", - Qeyts deyib.
İş adamı vəziyyətin kütləvi peyvənd başlamasından bir müddət sonra, yəni 2021-ci ilin yayına kimi normallaşacağına inanır. Eyni zamanda, virusa yoluxma riskinin 2022-ci ilə qədər yüksək olacağına əmindir.
Xatırladaq ki, 9 dekabrda Qeyts altı istehsal şirkətinin gələn yaza qədər koronavirus peyvəndini istifadə etməyə hazır ola biləcəyini bildirmişdi. Onun sözlərinə görə, yaxın gələcəkdə "AstraZeneca", "Johnson & Johnson", "Novavax", "Pfizer-BioNTech" və "Moderna" peyvəndləri təsdiq ala bilər.
Peyvənd istehsalçıları olan "Pfizer-BioNTech", "Moderna" və "AstraZeneca" bir neçə həftə əvvəl qeydiyyat prosesinə başlayıb.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir