Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür

Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürürDəlibəng bitkisi əvvəlcə adamı dəli edir, sonra öldürür. Azərbaycanın hər yerində geniş yayılmış bir bitkidir, hətta Bakı şəhərinin bir neçə yerində ona rast gəlmişəm.
Dəlibəng zəhərli bir bitkidir. Tərkibi alkaloidlərlə zəngin olduğundan çox kiçik dozada dərman vasitəsi kimi istifadə olunur. Amma bu bitki özbaşına yox, xüsusi təyinatlar əsasında qəbul oluna bilər. Astma xəstəliyinin müalicəsində dəlibəng yarpaqlarının qurudularaq adi siqaret kimi çəkilməsi boğulma tutmasının qarşısını alır. Yarpaqlarının tərkibində çox miqdarda olan alkaloidlərin sayəsində çox güclü ağrıkəsici təsirə malikdir. Yarpaqlarının dəmləməsini içmək olmaz, yalnız xaricə istifadə oluna bilər.
Meyvəsi qozdan biraz böyük, üstü tikanlı olur, partlayır və içində qara toxumlar görünür. Bu toxumları yeyənlər əvvəlcə dəli olur və müxtəlif qəribə hərəkətlər edirlər. Məsələn, gözlərinə yanan bir işıq görünür və gördükləri işığın ardınca qaçırlar, durmadan qaçırlar, bəzən qışqırırlar. Səbəbini soruşduqda isə deyirlər ki, işıq göyə qalxdı və s. Bunlara tibdə hallüsinasiyalar deyilir. Bundan sonra kəskin zəhərlənmə baş verir və tədbir görülməzsə, insan həyatını itirə bilir. Əsasən uşaqlar bilmədən bu toxumlardan yeyirlər.
Orta əsrlərdə xanımlar daha gözəl görünmək üçün gözlərinə dəlibəng dəmləməsi tökürmüşlər. Gözə tökülən dəlibəng göz bəbəklərini genişləndirir və xanımların daha da gözəl görünməsinə səbəb olurmuş. Ona görə o vaxtlar bu bitkiyə gözəl xanımların gözü, xanımotu kimi adlar da verilibmiş. Keçmişdə yuxusuzluğun qarşısını alan bir vasitə kimi bu bitkidən istifadə olunurmuş.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2017   Tarix: 23 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

həkim məsləhəti gözəllik məhsulları geyim necə seçməli atalar sözləri veten haqqinda ədəbiyyat testləri suni mayalanma ziyani i̇mtahana hazırlıq kosmetika veten haqqinda bayati gözellik qoğalın nağlı seksual usaq seirleri