Bu bitki xərçəngin qənimidir: Şişi və metastazları məhv edir – TƏSİRİ

Bu bitki xərçəngin qənimidir: Şişi və metastazları məhv edir – TƏSİRİHeç kimə sirr deyil ki, şiş xəstəliyi olan insan və ailəsi nə çıxış yolu, dərman, türkəçarə, xalq təbabəti varsa sınamaq istəyir. Bundan istifadə edən bəzi işbazlar da müxtəlif tabletlər, otlar, şirələr, üsullar təklif edir.
Rəsmi tibb xərçəngin dərmanının tapılmadığını bəyan edir. Digər tərəfdən acı yovşan bitkisinin (rusca polın) şişləri kiçiltməsi və metastalara imkan verməməsi barədə məqalələr yayılır və artıq yovşanın spirtdə məhlulu onkoloji xəstələr üçün satılır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, acı yovşan rus xalqlarında qurd, parazit tökən bitki kimi tanınsa da, dərmanlarda istifadə olunsa da, onun xalq təbabətində ən geniş istifadə olunduğu ölkə Çindir.
Çin alimləri malyariyaya qarşı dərman hazırlamaq tapşırığı almışdılar. Ötən əsrin 50-ci illərində yovşandan artemiznin adlı maddə ayrıldı və onun malyariya ilə mübarizə apardığı məlum oldu. Bu kəşfə görə çinli alim Tu Yioyu "Nobel" mükafatı alıb.
Alimlər elmi tədqiqatlarında daha da irəli gedərək, artemizinin nəinki malyariya törədicilərini, həmçinin şiş hüceyrələrini məhv etdiyini aşkarladılar. Elmi tədqiqatlarla bu nəzəriyyə təsdiqini tapdı və bu bitkidən alınan maddə tərkibli dərmanın kliniki tədqiqatlara hazırlanması müsbət qarşılandı.
Hazırda Çində könüllü xəstələr üzərində artemizinin antixərçəng təsiri müalicələrlə öyrənilir.
Bu dərman hələ ki, kütləvi satışa çıxarılmayıb.
Hansı yovşan lazımdır?
Bu dərman üçün hər yovşan da uyğun deyil. Onun yalnız birillik növü, Artemisia Annua adlı növü uyğundur. Bu növdə xüsusi kimyəvi tərkib var.
Özünüz bunu hazırlaya bilməzsiniz. Çünki sizin istifadə edəcəyiniz yovşanda artemizinin çox az faizdədir. Üstəlik, yovşan cövhərini çox miqdarda içmək zəhərlənmə verə bilər.
Lakin siz yovşan otunun, bitkisinin xüsusi çayını, dəmləməsini və ya apteklərdə satılan cövhərini alıb, müxtəlif xəstəliklərə, parazitlərə və ya onkoloji xəstəliklərin profilaktikası üçün uyğun dozada, həddi aşmamaq şərtilə istifadə edə bilərsiz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2970   Tarix: 21 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Bakıda 29 yaşlı qadının qopmuş qolu bərpa olundu - (Foto)

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı sol qolu travmatik amputasiya olunan 29 yaşlı qadın uğurla əməliyyat edilib. xəbər verir ki, hadisədən sonra zərərçəkən Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyy

.

Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi il

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu məşq yuxuya getməyinizə kömək edəcək

Yaponiyada tətbiq olunan və ilk baxışdan qəribə görünən bir məşqin yuxuya daha tez getməyə kömək edə biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, tarakan metodu kimi tanınan bu üsulun arxasında elmi əsaslandırma dayanır

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan. Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna gör

.

Qarpızı çox yeməyin fəsadları

Yay aylarında süfrələrdən əskik olmayan qarpız yüksək su tərkibinə görə isti havalarda ən çox seçilən meyvələrdəndir. Lakin mütəxəssislər qarpızın da ölçülü şəkildə istehlak edilməsinin vacib olduğunu bildirirlər. xəbər veri

.

Xərçəng peyvəndi ilk xəstədə ümidverici nəticə göstərdi

Rusiyada sınaqdan keçirilən yerli istehsal "Neoonkovak" xərçəng peyvəndi ilk xəstədə müsbət immunoloji reaksiya yaradıb. xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzini

turlar.az

həkim məsləhəti gozel gorunmek gözəllik məhsulları reyhan kampotu qadın alt paltarları qadın sağlamlığı 2026 payiz qis debi kosmetika laylalar novruz bayrami zencefil kokelmek pizza