Bu bitkilərlə gözəlliyinizə gözəllik qatın! Təbii, kimyəvi tərkibi olmayan bu sadə üsulla arzuolunmaz tüklərə son!

Bu bitkilərlə gözəlliyinizə gözəllik qatın! Təbii, kimyəvi tərkibi olmayan bu sadə üsulla arzuolunmaz tüklərə son!Qadınlar arzuolunmaz tüklərlə illərlə mübarizə aparırlar. Tibbi üsullar, cərrahi müdaxilələr, epilyasiya, bitkilər, müxtəlif maskalar, kremlər və digər alternativ üsullarla tüklərlə mübarizədə uğurlu nəticələr əldə edilib. Əlbəttə ki, inkişaf etmiş texnologiyalardan istifadə edərək arzuolunmaz tüklərdən xilas olmaq mümkündür və bu, daha uzunmüddətlidir. Amma bu texnologiyalar sağlamlığa mənfi təsir edir və bəzi xəstəliklərdə, o cümlədən hamilə və süd verən anaların sözügedən texnologiyalardan istifadə etməsi əks göstərişdir. Həm də mütəmadi olaraq epilyasiya etdirmək baha başa gəlir. Buna görə də qadınlar epilyasiya kimi üsullardan çox, daha sağlam və daha ucuz başa gələn tük tökücü üsullar axtarırlar. Tük azaldıcı və tük tökən bitkilərlə də hamar dəriyə qovuşmaq mümkündür. Tük tökən xüsusiyyəti olan bitkilərlə hazırlanan kremlər həm daha ucuzdur, həm də ağrısız nəticə əldə etmək mümkündür. Tük tökən vasitələrə yumurta ağı, limon, portağal, duz, soğan kimi təbii ərzaqlar daxildir. Bu qidalarla hazırlanacaq kremlər sayəsində istədiyiniz nəticəni almağınız mümkündür. Bir ədəd limonun suyunu bir kasaya sıxın və 2 çay qaşığı duz əlavə edib qarışdırın. Ayaqları mum üsulu ilə təmizlədikdən sonra pambığın köməyi ilə hazırladığınız qarışığı tüklərin çıxdığı nahiyəyə sürtün. Bu prosesi ardıcıl olaraq tətbiq etsəniz, artıq üçüncü dəfədən nəticə daha yaxşı olacaq. Limon və duzun tük azaldıcı və hətta qıl köklərini zəiflədici xüsusiyyəti var. Əgər dəridə yanma və qıcıq hiss etsəniz, vaxt keçirmədən yuyun. Hər hansı fəsad müşahidə edilmədiyi təqdirdə qarışığı ayaqda 2 saat, üzdə isə 15 dəqiqə saxlamaq olar. Soğanı rəndələyin və suyunu çıxarın. Tükləri mum üsulu ilə təmizlədikdən sonra ayaqlara və qollara yaxşıca yedirdin. Soğan tük köklərinin zəifləməsi istiqamətində olduqca güclü təsirə malikdir. Soğan suyunu sürtdükdən sonra 1 saat saxlamaq yetərlidir. Tüklərdən tamamilə xilas olmaq üçün olduqca sadə üsuldur. Portağalı soyun və qabıqlarını blenderden keçirin. Krem halını alanda 1 xörək qaşığı zeytun yağı əlavə edin. Mum əməliyyatından sonra lazımi bölgəyə sürtün və 1 saatdan sonra yuyun. Sitrus bitkiləri turşu tərkibli olduğu üçün qıl kökləri üzərində yandırıcı təsir buraxırlar. Mağazalarda satılan tük tökən kremlər də qıl köklərinə təsir edərək zamanla tük köklərinin zəifləməsini təmin edirlər. Kosmetika mağazalarında müxtəlif markaların təklif etdiyi tük tökən kremlər qısa tüklərdə belə təsirli olur və təxminən 4 gün ərzində dərini hamar saxlayır. Dərini eyni zamanda nəmləndirmək xüsusiyyətinə malik olan tük tökən kremlər, xüsusilə az vaxt olanda ideal çıxış yoludur. Tük tökən spreylər də qıl köklərinə təsir edir. İstifadəsi də son dərəcə asan və praktikdir. Tük tökən spreylər həm vaxta qənaət edir, həm də ağrısızdır. Publika.az

Gözəllik və Moda     Baxılıb: 4095   Tarix: 24 oktyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

turlar.az

yaz geyimleri 2026 toy makiyaji sekilleri makiyaj etmek qaydalari intim məktəb hamilelik gavalı salatı kesəriyyə kosmetika novruz bayramına aid hakışda nizami gəncəvi irem derici gəncə veten