Bu da dünyanın yeni qorxusu - FOTO
Honkonq Universitetinin tibb fakultəsinin alimləri COVİD-19 koronavirusunun omikron-ştamının dünyada ilk dəfə olaraq təfərrüatlı görüntüsünü əldə ediblər.
Milli.Az CNN-ə istinadən bildirir ki, mikroskop altında çəkilmiş elektron mikrofotoda SARS-CoV-2 Omicron ştamına yoluxmuş meymunun böyrək hüceyrəsi əks olunub.
Kadrda kiçik qara virus hissəciklərin olduğu vezikulları böyüyən xəsarətli hüceyrə aydın görünür.
Fotonun sağında isə üzərində koronavirus "tikan"ları olan virus hissəcikləri var.
Omikron ştamı artıq dünyanın 57 ölkəsində aşkarlanıb. Ümumidünya Səhiyyə Təşkilatının son hesabatına görə, yeni ştamın yayılma episentri Afrikadır. Məhz "Qara qitə"də koronavirusun bu ştamına yoluxanların sayı sürətlə artır.
İlkin təxminlərə görə, omikron ştamının mutasiyaları antitellərin neytrallaşdırıcı fəallığı aşağı salır.
Milli.Az /news.milli.az









Faydası qabığındadır
Gördüm ki, susduqca daha da çox söyülürəm
Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA
Bu yerlərdə saxlanılan dərmanlar ZƏHƏRƏ ÇEVRİLİR
Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız
Sabah Rəvan Qarayevin toyudur
Nazpəri evindən oğurlanan 311 minlik qızıl və pullardan danışdı
Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ
Puqaçovanın qəsri muzey ola bilər
Rəvanın üçüncü dəfə ailə qurduğu xanım kimdir?
Çində 5 maqnitudalı zəlzələ olub
Qızımın səsi olsa da, siyasəti seçdi' - Xalq artisti