Bu dəhşətli miqren!

Bu dəhşətli miqren!Həyatında heç bir zaman baş ağrısı hiss etməyən adama yəqin ki, rast gəlmək mümkün deyil. Əksər hallarda biz bu ağrıları "miqren" adlandırsaq da, bu heç də belə deyil.
Miqren – ciddi xroniki xəstəlikdir. "Miqren" diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir. Buna baxmayaraq, bəzi əlamətlərə görə də, insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər. Belə şübhələr yaranan kimi isə, tez bir zamanda həkim-nevropatoloqa müraciət etmək lazımdır.
Miqren - güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın bir yarısına, nadir hallarda isə hər iki yarısına yayılır. Ağrı pulsasiya (nəbz vurğuları kimi) xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin yüksək səslər ağrını artırır. Miqren tutması zamanı tez-tez ürəkbulanma və qusma da baş veriri.
Tutma zamanı bəzi hallarda xəstədə görmənin ikiləşməsi, gözlərinin qarşısında yanıb-sönən işıqların, ziqzaq (əyri-üyrü) şəkilli xətlər və ya qığılcımların olması kimi şikayətlər də olur. Miqren tutması zamanı ağrı o qədər güclü olur ki, onların olması səbəbindən insanın işləməsi və ya evdə nə isə bir iş görməsi belə, mümkün olmur. Ağrı sözün əsl mənasında insanı yatağa "zəncirləmiş" olur. Ayağa qalxmaq, otaqda gəzmək, hər hansı bir istənilən işin yerinə yetirilməsinə edilən kiçik bir cəhd ağrını daha da artırır. Miqren tutması zamanı arterial təzyiqin artması adətən müşahidə edilmir.
Bəzi xəstələr miqren tutmasından bir qədər (0,5-1 saat) əvvəl aura adlandırılan müəyyən bir əlamətlər (gözlərinin qarşısında müxtəlif yanıb-sönən işıqlar və rəngli ləkələrin əmələ gəlməsi, əllərində zəiflik və titrəmə) hiss edirlər.
Miqren tutması 4 saatdan 72 saata qədər davam edə bilər. Bəzi insanlarda bu tutmalar ay əzində 2-3 dəfə, digərlərində isə ildə 1 dəfə baş verir. Miqren tutmaları istənilən yaşdan başlaya bilər. Ancaq əksər hallarda onlar, 20-30 yaşlarında başlayaraq 50 yaşından sonra keçib gedirlər.
Miqren əsasən qadın xəstəliyi hesab olunur. Qadınlarda bu xəstəlik kişilərə nisbətən bir neçə dəfə çox təsadüf edilir.
Həkimlərin müşahidələrinə görə miqrendən əziyyət çəkənlər üçün bir sıra ümumi xisusiyyətlər vardır: streslərə qarşı dözümlülüyün zəif olması, həyəcanlılq, tez hirslənmək, depressiyalara və əhvalın dəyişməsinə meyillilik.
Həkimlər miqrenin inkişaf etməsinin səbəblərini indiyə qədər müəyyən edə bilməyiblər. Bunun hormonal sfera və immunitetlə əlaqəli olmasına "şübhə" olsa da, sübüt olunmuş nəticələr hələ ki, əldə edilməmişdir. O da məlumdur ki, miqren irsi xarakter daşıyır, yəni sizin valideyinlərinizdən biri bu xəstəlikdən əziyyət çəkirsə, çox yəqin ki, siz də bu xəstəliyi irsi olaraq onlardan "alacaqsınız". Əksər hallarda miqren tutmasını streslər, kəskin emosional həyəcanlanmalar və sarsıntılar törədir (provakasiya edir). Həmçinin, miqren tutması bilavasitə stres zamanı deyil, ondan xeyli saatlar keçdikdən sonra başlayır.
Miqren tutmasını törədən ("provakasiya edən") 2-ci dərəcəli səbəblər:
- parlaq işıq və ya güclü səs, kəskin iylər;
- havanın kəskin şəkildə dəyişilməsi, maqnit fırtınası;
- qadınlarda hormonal dəyişikliklər (aybaşı, hamiləlik, menopauza);
- yuxunun kifayət qədər olmaması;
- güclü fiziki və əqli gərginliklər;
- uzun müddət nəqliyyatda hərəkət etmək, təyyarə ilə uçuş;
- aclıq;
- bəzi qida növləri (şokolad, kakao, qoz-fındıq məhsulları, sitrus mevələri, paxlalı bitkilər, pomidor, kərəviz, pendirlər), alkoqol (xüsusən də qırmızı çaxır, şampan şərabı, pivə), kofein və bəzi dərman preparatları (məsələn, arterial təzyiqi aşağı salan dərmanlar, hamiləliyin qarşısını alan hormonal kontraseptivlər və s.)
Buna görə də, miqrendən əziyyət çəkən adamlar profilaktik məqsədlə, onlarda tutmanın başlamasını törədən faktoru müəyyən etmək üçün çox diqqətli olmalı və hər zaman həmin faktorlardan mümkün qədər uzaq olmalıdırlar. Belə adamlar kifayət qədər yatmalı, istirahət etməli, vaxtlı-vaxdında olmaqla düzgün qidalanmalıdırlar. Ümumiyyətlə götürüldükdə isə onlar tam sağlam həyat tərzi sürməli, bədən tərbiyəsi, üzgüçülük, uzun müddət ərzində açıq havada gəzməli və digər bu kimi sağlamlaşdırıcı üsullardan istifadə etməlidirlər.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2017   Tarix: 14 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

turlar.az

hamilelikde qidalanma toy makiyaji sekilleri makiyaj instagram gözəllik sirləri goy qursagi nece yaranir ayaq sismesi gün vurmanın əlamətləri kosmetika novruz bayramı haxışta hakisda novruz hakisdalari oğlaq meseller