Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət

Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - DiqqətMütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda bəzən diqqətdən kənarda qalan bəzi əlamətlər ciddi və həyati təhlükə yaradan xəstəliklərin ilkin göstəricisi ola bilər.
Milli.Az xəbər verir ki, xüsusilə izahsız qanaxma, bədəndə şişkinlik və nəfəs darlığı laqeyd yanaşılmamalı simptomlar sırasındadır.
Həkimlərin sözlərinə görə, bu əlamətlər təkbaşına və ya birlikdə müşahidə edildikdə dərhal tibbi müayinədən keçmək vacibdir.
Burun, diş əti, sidik və ya nəcisdə qan görülməsi, eləcə də tez-tez göyərmələrin yaranması qan xəstəlikləri, hormonal pozuntular və bəzi xərçəng növlərinin əlaməti ola bilər. Uzun müddət davam edən və səbəbi bilinməyən qanaxmalar xüsusilə təhlükəli hesab olunur.
Qarın, ayaq, üz və ya boyun nahiyəsində yaranan şişkinliklər ürək, böyrək, qaraciyər xəstəlikləri, allergik reaksiyalar və ya iltihabi proseslərlə əlaqəli ola bilər. Ani və ağrılı şişkinliklər isə təcili tibbi müdaxilə tələb edə bilər.
İstirahət zamanı və ya yüngül fiziki hərəkət zamanı yaranan nəfəs darlığı ürək-damar xəstəlikləri, ağciyər problemləri, astma, tromboz və hətta gizli infeksiyaların göstəricisi ola bilər. Bu simptom qəfil yaranarsa, təcili yardım çağırmaq tövsiyə olunur.
Həkimlər vurğulayır ki, bu cür əlamətlərin öz-özünə keçəcəyini düşünərək vaxt itirmək ağır nəticələrə səbəb ola bilər. Erkən diaqnoz bir çox xəstəliklərin müalicəsində həlledici rol oynayır.
Sağlamlığınızda fərqli və davamlı dəyişiklik hiss etdikdə mütləq həkimə müraciət edin və özünüzü diaqnoz etməyə çalışmayın.
Milli.Az

Xəbərlər     Baxılıb: 1559   Tarix: 06 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

toy makiyajlari toy gecesi donlar 2026 qadinlarin seksi tərbiyə zoğal mürəbbəsi hazırlanması qadın ətirləri kosmetika bayraq vətən haqqında atalar sözləri hakista yumurta nizami gəncəvi