Bu əlamətlər sizdə varsa, xərçəng ola bilərsiz - Diqqətli OLUN

Bu əlamətlər sizdə varsa, xərçəng ola bilərsiz - Diqqətli OLUN"Cancer Research UK" (CRUK) adlı ingilis xərçəng araşdırma institutunun alimləri onkoloji bir xəstəliyə işarə edə biləcək 7 əlamətini açıqlayıblar.
Milli.Az xəbər verir ki, İngiltərədə dərc olunun "Daily Express" qəzetinin aparılan araşdırmaya əsaslandırdığı xəbərində qeyd olunub ki, alimlər xərçəng xəstəliyinin 7 əlamətinə diqqət çəkiblər. Xərçəng xəstəliyinin ilkin əlamətlərinə əhəmiyyət verməyən bir çox insan sonralar bu xəstəliyin müalicəsində ciddi çətinliklərin olması səbəbindən onun qurbanına çevrilir. Şiş ən çox təşxis edilə bilən əlamətlərdən biridir. Ancaq vaxtında diqqət yetirilməli çox əhəmiyyətli olan 7 fərqli əlamət də var.
Pəhriz və idman vərdişlərində heç bir dəyişiklik olmadığı halda birdən-birə arıqlamaq yaxşı əlamət deyil. Həddindən artıq arıqlamaq mədəaltı vəzi, mədə və ağciyər xərçənglərinin də əlaməti ola bilər. Çəkidə zaman-zaman ola biləcək kiçik dəyişikliklər normal qəbul edilir.
Xərçəngin ilk əlamətləri ağrıya səbəb olmur. Amma bədəndə anidən baş verən ağrı vədavam edən ağrı sümük, beyin və ya digər xərçəng xəstəliklərinin göstəricisi ola bilər. Bir ay və ya daha uzun davam edən və səbəbi açıqlanmayan ağrılar üçün mütləq həkimə müraciət edin.
Çox yemək, spirt və ya stress mədə qıcqırmasına səbəb ola bilər. Mədə yanması və qıcqırması problemini aradan qaldırmaq üçün pəhriz saxlamaq təklif olunur. Lakin pəhriz saxladığınız halda mədə ağrısı davam edirsə, həkimə gedin. Mədə yanması mədə, boğaz və yumurtalıq xərçənginin də xəbərçisi ola bilər.
Az yeməkdən sonra belə toxluq hiss etmək yumurtalıq, mədəaltı vəz və ya mədə xərçənginin əlaməti ola bilər. Mədəaltı vəzi xərçəngi ən çətin müalicə edilən xəstəlik olduğu üçün erkən diaqnoz qoyulmalıdır. Bu xərçəng növünün ən çox rast gəlinən əlamətləri iştahanın itməsi, çəkinin sürətlə azalması, gözlərin və ya dərinin saralması, solğunluq, sürüşkən nəcisdir.
Tez-tez tualetə getmək istəyinin olmasına baxmayaraq, sidiyə çıxa bilməmək əksər hallarda sidik kisəsi xərçənginin əlaməti ola bilər. Bu xəstəlik, adətən, orta yaşı keçən kişilərdə müşahidə edilir. Bu zaman onlarda sidiyin rəngi sarı və tünd qırmızı olur. Bu əlamətə görə də həkimə müraciət edin.
Babasil və ya anal dəlikdən qaynaqlanan qanaxmalar ən çox bir və ya iki gün çəkir. İki gündən çox davam edən qanaxma olarsa, mütləq həkimə müraciət edin. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1180   Tarix: 13 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

toy makiyaji sekilleri maskalar geyim seçimi südlü şirniyyat şirniyyat reseptləri displaziya sağlamlığa aid atalar sözləri kosmetika novruz hakistalari bedii edebiyyat penis sağlamlıq hakiwda