Bu eynəklər görmə probleminə səbəb olur - Mütəxəssislər xəbərdarlıq etdi
Günəşli havalarda gözləri qorumaq üçün istifadə olunan gün eynəkləri zərər əvəzinə fayda verməlidir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, keyfiyyətsiz və ucuz eynəklər göz sağlamlığınız üçün ciddi təhlükə yarada bilər.
Milli.Az xəbər verir ki, optometristlərin sözlərinə görə, çox ucuz və UV filtri olmayan eynəklər göz bəbəyinin daha çox genişlənməsinə səbəb olur. Bu zaman ultrabənövşəyi şüalar birbaşa gözün tor qişasına zərər verir. Nəticədə katarakta, retina zədələnməsi və uzunmüddətli görmə problemləri ortaya çıxa bilər.
Oftalmoloqlar gün eynəyi alarkən təkcə görünüşə deyil, məhsulun UV400 filtri və beynəlxalq sertifikatlara sahib olub-olmamasına da diqqət yetirməyi tövsiyə edirlər. Belə eynəklər ultrabənövşəyi şüaların 99-100 faizini bloklayır və gözləri effektiv şəkildə qoruyur.
Xüsusilə dəniz kənarı və dağlıq ərazilərdə ultrabənövşəyi şüaların təsiri daha güclü olur. Belə mühitlərdə keyfiyyətsiz eynəklərdən istifadə riski artır. Bu səbəbdən günəş eynəyi seçərkən yalnız qiymətə deyil, qoruyuculuq səviyyəsinə də önəm vermək vacibdir.
Fidan
Milli.Az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib
Ətir istifadə edənlərə xəbərdarlıq
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Mixək çayının yaddaşa faydası
Bred Pittin yeni sevgilisi - Foto
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı