Bu fəsildə infarkt riski yüksəkdir - Xəbərdarlıq

Bu fəsildə infarkt riski yüksəkdir - XəbərdarlıqSoyuq havaların ürək xəstəliklərinin kəskinləşməsinə səbəb olduğunu bildirən mütəxəssislər qışda infarkt riskinin də artdığına diqqət çəkiblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, kardiologiya üzrə türkiyəli mütəxəssis Fatih Çam soyuq havanın ürək sağlamlığına təsirləri barədə danışıb.
"İnsanlar istiqanlı varlıqlardır, ona görə də havalar soyuyanda belə bədənin istiliyini qoruyub saxlamaq məcburiyyətindədirlər. Soyuq havada orqanizm qan damarlarını sıxaraq istilik itkisini azaltmağa çalışır ki, bu zaman da ürəyin iş yükü əhəmiyyətli dərəcədə artır və damarlar daralır. Bu səbəbdən soyuq havalarda insan daha tez yorulur və nəfəs darlığı yarana bilir. Yenə eyni səbəbdən, yəni damarlar daraldıqda axan qan miqdarı azaldığı üçün qandakı oksigen də azalır, əllər, ayaqlar, burun ucu və dodaqlar kimi ətraflar göyərir. Ürək çatışmazlığı, ürək ritminin pozulması, koronar damarlarda darlıq olan insanlarda sinə ağrısı şikayətləri ortaya çıxa və hətta infarkt baş verə bilər. Üstəlik, soyuqla təmas nə qədər çox olarsa, reaksiya da bir o qədər şiddətli olar. Məsələn, soyuq və ya buzlu suya düşən, küləyə qarşı hərəkət edən insanlarda bu reaksiyalar çox tez inkişaf edir", - deyə mütəxəssis qeyd edib.
"Damarların daralması, təzyiqin artması, ürəyə qayıdan qanın miqdarının artması və qanda oksigenin miqdarının azalması infarkt riskini artıran səbəblərdəndir. Qışda bədənin müqaviməti azalır. Ona görə də ürək xəstələri hər il qripə qarşı, beş ildən bir isə pnevmoniyaya qarşı peyvənd etməlidirlər. Sağlam insanlarda yüngül keçən qrip və buna bənzər soyuqdəymələr ürək xəstələri üçün ciddi problemə çevrilə bilər və ən əsas ölüm səbəbləri sırasındadır", - deyə Fatih Çam əlavə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1005   Tarix: 13 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

toy makiyaji sekilleri hamilelikde qidalanma yay geyimləri 2026 ciy kartofun faydasi atalar sozleri veten haqqinda veten haqqinda bayati gundelik burcler kosmetika yemek reseptleri vətənə aid atalar sözləri öpüşme veten haqqinda bayatilar vətən haqqında bayatılar