Bu hərəkətlər onurğanızı çökdürür - DİQQƏT

Bu hərəkətlər onurğanızı çökdürür - DİQQƏTBiz çox fikir verməsək də, hamımız oturub-duranda müəyyən formalara daha çox öyrəşirik. Bunlardan bir qismi vaxt keçdikcə qamətimizə və ümumi sağlamlığımıza mənfi təsir göstərə bilər.
Milli.Az medicina.az-a istinadən sağlamlığımıza mənfi təsir edən və tez-tez rast gəlinən vərdişləri təqdim edir:
Uzun müddət oturaq halda qalmaq
Çox oturanda vücudumuzun əzələləri və onurğamızın strukturları həddən artıq yüklənir, zəifləyir və zədələnməyə daha meylli olur. Bu bir müddətdən sonra ağrı və digər problemlərə yol aça bilər. Bir vaxtlar xarici tibdə geniş yayılmış "oturmaq vərdişi-yeni siqaret çəkmək vərdişidir" ifadəsi mübahisəli olsa da, həqiqətən oturaq və hipodinamik həyat tərzinin sağlamlığımıza mənfi təsiri haqqında müasir tibdə çox məlumatlar var.
Beləliklə, iş rejiminiz oturaqdırsa, çalışın hər 20-30 dəqiqədən bir durun və 2-3 dəqiqə hərəkət edin. Bu əzələ və onurğa strukturunun qan dövranı üçün vacibdir.
Telefonu çiynimizlə saxlama vərdişi
Adətən vaxt çatışmazlığı bizi eyni anda bir neçə iş görməyə vadar edir. Bir çoxumuz telefonla danışanda əllərimizlə başqa iş görmək istəyir və bu səbəbdən onu çiyinlə sıxıb saxlayırıq. Bu vərdiş çiyin, boyun, kürək əzələləri həddən artıq yükləyir və strukturlarda gərginlik yaradır. Bunun əvəzində iş görəndə xüsusi qulaqcıqlardan istifadə edin.
Başı önə aparıb monitora baxmaq
Saatlarla monitora baxanda düz qaməti saxlamaq çox çətindir. Çiyinlərinizi yığıb başınızı çox qabağa aparırsınızsa bədəninizin normal biomexaniki yüklənməsi dəyişir. Boyunun təbii lordozu pozulur, əzələlər və vətərlər gərginləşir.
Monitorun qarşısında oturarkən başınızı düz saxlamağa çalışın, çiyinlərinizi qabağa yığmayın. Yadınızda saxlayın ki, qulağınız və çiyniniz eyni vertikal oxda olmalıdır. Bunun üçün iş yerinizin təşkilinə fikir verin. Klaviatura rahat yaxın məsafədə, monitor göz səviyyəsində olmalıdır.
Ayağı ayağın üstünə qoyub oturmaq
Tez-tez rast gəlinən vərdişlərimizdən biri də bu hərəkətdir. Belə pozisiyada oturanda biz çanaq, bel, bud nahiyəsinin, əzələlərin və oynaqların balansını pozuruq. Eyni zamanda ayaqlarda sinir və damarlar sıxıla bilər. Bəzi insanlarda bu hətta ayaqlarda keyləşmə, normal hərəkətin məhdudlaşması və digər simptomlar verə bilər. Simptomlar keçici olsa da, sinir sıxılması barədə siqnal verir.
Başı aşağı telefon işlətmək
Demək olar ki, müasir həyatı telefonsuz təsəvvür etmək mümkün deyil. Smartfonlar gündəlik işlərimizdə vacib köməkçimizdir. Amma bəzi hallarda smartfondan istifadə etdikdə biz başımızı qarşıya aparıb uzun müddət çox narahat bir pozisiyada qalırıq. Məsələ ondadır ki, bizim başımızın çəkisi bədənimizin orta oxundan uzaqlaşanda 25-30 kiloya qədər qalxır. Bu da boyun əzələ və onurğa strukturlarının həddən artıq yüklənməsidir. Bu isə gələcəkdə onurğa sütununun zədələnməsinə səbəb ola bilər. Bunu aradan qaldırmaq üçün telefon işlətdikdə onu göz səviyyəsində saxlamaq məsləhətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1624   Tarix: 18 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

kosmetik vasiteler gozel gorunmek donlar 2026 geyim və aksessuarlar maraqli toy ideyalari abdulla saiq usaq serleri sağlam ol kosmetika öpüşme novruz bayramına aid hakışda eqreb maska vetene aid atalar sozu