Bu içkilər şəkər xəstəliyi yaradır
Süni şirinləşdirici ilə hazırlanan "zero" içkilərin sağlamlığa təsiri ilə bağlı yeni elmi müzakirələr gündəmdədir.
Milli.Az xəbər verir ki, araşdırmalar bu içkilərin qısa müddətdə qan şəkərini artırmasa da, uzunmüddətli istifadənin tip 2 diabet riskini artıra biləcəyini göstərir.
Mütəxəssislərin sözlərinə görə bu içkilərin tərkibindəki aspartam, sukraloz və digər şirinləşdiricilər bağırsaq mikroflorasına mənfi təsir göstərə bilər. Bu da maddələr mübadiləsinin pozulmasına və insulinə qarşı həssaslığın azalmasına səbəb ola bilər.
Bəzi tədqiqatlar "zero" içkilərdən mütəmadi istifadə edən şəxslərdə piylənmə və diabet riskinin artdığını ortaya qoyub. Lakin alimlər bildirir ki, bu nəticələr səbəb-nəticə əlaqəsini tam sübut etmir.
Qeyd edək ki, mütəxəssislər sağlamlıq üçün ən uyğun seçim olaraq su və şəkərsiz təbii içkiləri tövsiyə edirlər.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Çox öskürənlər bunu oxusun
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin