Bu idman növü bədənə xeyirdən çox zərər verir - Açıqlama

Bu idman növü bədənə xeyirdən çox zərər verir - AçıqlamaPeşəkar idman çox zaman orqanizmə xeyirdən çox zərər verir.
Milli.Az xəbər verir ki, bunu rusiyalı həkim, ortoped və travmatoloq Pavel Semiçenkov  açıqlamasında bildirib.
Bir çox insanlar sağlam həyat tərzi və düzgün qidalanma anlayışlarını səhv başa düşür və nəticədə bu vərdişlər sağlamlığa fayda əvəzinə zərər verə bilər.
"Bəzi insanlar sağlam həyat tərzi adı altında özlərini sərt məhdudiyyətlərə salır, bu isə orqanizm üçün sağlam deyil. "Əksər insanlar hesab edir ki, sağlam həyat tərzi  idman deməkdir. Lakin bu, mifdir. Peşəkar idman çox zaman orqanizmə xeyirdən çox zərər verir," - deyə Semiçenkov qeyd edib.
O, xüsusilə qaçışın bu baxımdan ən çox yanlış başa düşülən fəaliyyətlərdən biri olduğunu bildirib: "Qaçış zamanı oynaqlara, dabanlara və onurğaya yük çoxalır. Düzgün texnika və uyğun ayaqqabı olmadan qaçış yalnız zərər gətirir."
Səhhətində problem yaranmaması üçün həkim insanlara idmana başlamazdan əvvəl mütəxəssislə məsləhətləşməyi və düzgün texnikanı öyrənməyi tövsiyə edib.
Ekspert həmçinin "düzgün qidalanma" anlayışının da tez-tez yanlış təfsir olunduğunu deyib:
"Bir çoxları bu adı altında kəskin məhdudlaşdırıcı pəhrizlər saxlayır - məsələn, keto, vegan və ya çiy qidalanma. Bu cür pəhrizlər orqanizmdə vacib amin turşularının, vitaminlərin çatışmazlığına, anemiyaya və əzələ zəifləməsinə səbəb ola bilər."
Semyçenkov bildirib ki, sağlam qidalanmanın əsas prinsipi balansdır: qida rasionu kalori, zülal, yağ, karbohidrat, vitamin və mikroelement baxımından tarazlı olmalı, təbii və az əlavəli məhsullardan ibarət olmalıdır.
"Ən əsası, ifrata varmaq olmaz. Sağlam qalmaq üçün bədənə yüklənmədən, sistemli şəkildə idman etmək, balanslı qidalanmaq və düzgün istirahət rejiminə əməl etmək lazımdır," - deyə həkim fikrini yekunlaşdırıb.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1356   Tarix: 04 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qadın geyimi kosmetoloq kosmetika mehsullari şirin xəmir işləri baş gicəllənməsi xiyar tutmasi xəstəliklər kosmetika azerbaycan yumurta novruz hakışdaları gunay gözellik