Bu insanlarda ZOB XƏSTƏLİYİ tez inkişaf edir

Bu insanlarda ZOB XƏSTƏLİYİ tez inkişaf edirİldən ilə bütün dünyada qalxanvari vəzi xəstəliklərinə tutulmuş insanların sayı artır. Həmçinin son zamanlar qalxanavari vəzi şişlərinin sayı da artmaqdadır.
Mütəxəssislər bunu dünyada ekoloji şəraitin pisləşməsi ilə izah edir.
Azərbaycanda qalxanvari vəzi xəstəliklərinə kifayət qədər tez-tez rast gəlinir. Bunun səbəbi ölkəmizin bir çox bölgələrində suda, havada və torpaqda yodun az olmasıdır. Bildiyimiz kimi, yodun orqanizmdə normal səviyyədə olması qalxanvari vəzinin fəaliyyəti və sağlamlığı üçün ən vacib amillərdən biridir.
Ailem.az saglamolun.az-a istinadən zob xəstəliyinin əsas risk faktorlarını təqdim edir. Zob xəstəliyi daha tez-tez hansı qrup insanlarda inkişaf edir?

1. Qadınlar. Qadınlara zob xəstəliklərinə kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Bunun səbəbi qadının həyatı boyu onun orqanizmində baş verən ciddi hormonal dəyişikliklərdir - hamiləlik zamanı yoda olan tələbatın artması, menopauza zamanı yoda olan həssaslığın artması və s.

2. Kənd yerlərində yaşayan insanlar (xüsusilə bu dənizlərdən uzaq olan, dağ yerlərində yerləşən kəndlərə aiddir). Bu yerlərdə suda və torpaqda yodun kəskin çaışmazlığı müşahidə olunur ki, bu da qalxanvari vəzinin fəaliyyətinə mənfi təsir edir.

3. Yaxın qohumları arasında qalxanvari vəzi xəstəlikləri olan insanlar. İrsiyyət zob xəstəliklərinin inkişafında böyük rol oynayır.

4. Siqaret çəkən insanlar.

5. Pis ekoloji şəraitdə yaşayan insanlar. Söhbət böyük sənaye şəhərlərində, iri sənaye müəssisələrinə yaxın yerlərdə yaşayan insanlardan gedir.

6. Tez-tez güclü stressə məruz qalan insanlar.

İnsanda bu risk faktorlarından bir neçəsi olduqda (məsələn, valideynlərində zob xəstəliyi olan kənddə yaşayan uşaqlı qadın), bu daha təhlükəlidir. Belə insanlar vaxtaşırı olaraq endokrinoloqun profilaktik müayinələrindən keçməli, zob xəstəliklərinin əsas simptomlarını bilməli və vaxtında mütəxəssisə müraciət etməlidir.

Sağlamlıq     Baxılıb: 2626   Tarix: 28 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

adlarin menasi toy makiyajlari sac duzumleri biserli uzun donlar soz haqqinda atalar sozu hicab modelleri qadın və təhsil kosmetika burclerin uyumu sanama vətənə aid bayatılar şebnem tovuzlu hakışda