Bu insanların "Omicron"a yoluxması risklidir - XƏBƏRDARLIQ
Son həftələrdə koronavirusun "Omicron" ştammına yoluxduqdan sonra kəskin pnevmoniya ilə 60 və daha yuxarı yaşlı xəstələrin xəstəxanaya yerləşdirilməsində nəzərəçarpacaq artım müşahidə olunub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Yaponiyanın Fudzimino Tibb Mərkəzinin mütəxəssisləri bu barədə xəbərdarlıq ediblər.
Mütəxəssislərin sözlərinə görə, həmin göstərilən xəstələrin yarısından çoxu xəstəxanaya pnevmoniya ilə gəlib və süni nəfəs aparatına ehtiyacları olub.
Tibb müəssisəsinin direktoru Akira Kanonun sözlərinə görə, kəskin pnevmoniyaya uzun müddət peyvənd olunmuş yaşlı xəstələrdə, hətta peyvəndin iki dozasını alsa belə, rast gəlinir.
O, həmçinin qeyd edib ki, "Omicron" ştammının "yumşalması" ilə bağlı məlumatlar onun praktikada gördükləri ilə uyğun gəlmir.
Məhz buna görə də mütəxəssislər 60 yaşdan yuxarı insanlara "Omicron" ştammının koronavirusun əvvəlki ştamlarından daha az təhlükəli olması ilə bağlı bəyanatlar fonunda xüsusilə diqqətli olmağı və sayıqlığı itirməməyi tövsiyə edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi