Bu məhsullar respirator xəstəliklərdən qoruyur
İmmuniteti zəif olanların respirator xəstəliklərinə yoluxma ehtimalı daha çox olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayeva deyib: "Havaların soyuq keçməsi yuxarı tənəffüs yollarının respirator xəstəlikləri - qrip, virus və bakterial infeksiyaların baş qaldırdığı və artdığı dövrdür. Həmin xəstəliklərin baş qaldırması orqanizmdə immun sistemini zəiflədir və bu zaman bütün infeksiyalar üçün münbit şərait yaranır".
Həkimlər yoluxma ehtimalını azaltmaq üçün yayın axırlarından başlayaraq qidalanmaya xüsusi diqqət yetirməyi məsləhət görürlər. A, B, C, və E vitaminləri ilə zəngin məhsullara üstünlük vermək tövsiyə olunur. Cəfəri, bibər, soğan, sarımsaq, kərəviz və brokolidən istifadə etmək çox faydalıdır. Çoxlu maye qəbul edilməsi də immuniteti gücləndirir.
"İmmunitetin güclü olması üçün hər gün səhər, günorta və axşam yeməkləri vaxtlı-vaxtında yemək və 8 saat yatmaq lazımdır. Meyvə-tərəvəz çoxlu miqdarda qəbul edilməli, stresdən uzaq olmağa, idmanla məşğul olmağa çalışmaq lazımdır. Böyrəklər normal işləyirsə və arterial təzyiq problemi yoxdursa, gün ərzində 2 litrə qədər su içilməlidir", - deyə həkim-terapevt bildirib.
Meyvələr yeməkdən 1 saat əvvəl və ya sonra qəbul edilməlidir.
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları