Bu məşq yuxuya getməyinizə kömək edəcək

Bu məşq yuxuya getməyinizə kömək edəcəkYaponiyada tətbiq olunan və ilk baxışdan qəribə görünən bir məşqin yuxuya daha tez getməyə kömək edə biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, tarakan metodu kimi tanınan bu üsulun arxasında elmi əsaslandırma dayanır.
Milli.Az lent.az-a istinadən bildirir ki, məşq zamanı insan arxası üstə uzanır, əllərini və ayaqlarını yuxarı qaldıraraq təxminən 30 saniyə ərzində yüngül şəkildə hərəkət etdirir.
Hərəkət çevrilmiş tarakanın tərpənişinə bənzədiyi üçün bu üsul qeyri-rəsmi olaraq tarakan metodu adlandırılır. Mütəxəssislər izah edirlər ki, axşam saatlarında orqanizm yuxuya hazırlaşarkən bədən temperaturu təbii şəkildə aşağı düşməyə başlayır. Bu səbəbdən də yuxu otağında temperaturun 19 dərəcədən yuxarı olmaması tövsiyə edilir.
Yuxudan əvvəl qan dövranı xüsusilə əl və ayaqlarda güclənir. Bu nahiyələr artıq istiliyin bədəndən xaric olunmasına kömək edir. Qan dövranı nə qədər yaxşı olarsa, orqanizm bir o qədər tez soyuyur və yuxu prosesini başladan bioloji mexanizmlər daha sürətlə işə düşür.
Araşdırmalar hələ 1990-cı illərin sonlarında göstərib ki, insanın nə qədər tez yuxuya getməsini müəyyən edən əsas göstəricilərdən biri ayaqların temperaturudur. Ətrafların daha isti olması bədənin soyumasını sürətləndirir və bu da yuxuya getmə müddətini azalda bilər.
Məhz bu prinsipə əsaslanan yapon məşqində əllərin və ayaqların yüngül şəkildə silkələnməsi qan dövranını aktivləşdirir, istiliyin bədəndən xaric olmasını asanlaşdırır və əzələlərin rahatlamasına kömək edir. Məşqi yatmazdan dərhal əvvəl təxminən 30 saniyə ərzində etmək tövsiyə olunur.
Bu texnika ötən əsrin birinci yarısında yapon mühəndisi və aikido müəllimi Katsuzo Nişi tərəfindən hazırlanan "Nişi Sağlamlıq Sistemi"nin elementlərindən biridir. Sistemin bütün müddəaları elmi baxımdan tam təsdiqlənməsə də, qan dövranının yaxşılaşdırılması və bədənin təbii soyumasının dəstəklənməsi prinsipi müasir somnologiya elmi ilə uyğunluq təşkil edir.
Mütəxəssislər qeyd edirlər ki, eyni məntiq digər axşam vərdişlərinə də aiddir. Məsələn, yatmazdan əvvəl isti corab geyinmək və ya isti vanna qəbul etmək qan damarlarının genişlənməsinə səbəb olur. Nəticədə bədən daha sonra istiliyi daha asan itirir və yuxuya getmək asanlaşır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1076   Tarix: 17 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

turlar.az

qadin dunyasi kosmetoloq yay geyimləri 2026 elme aid atalar sözləri adət ənənələr azərbaycan haqda ana və körpə kosmetika vətən haqqında bayatı hakista sozler qız bürcü veten haqqinda bayatilar qaynana