Bu meyvəni yeməklə siz qanınızda olan xolesterindən xilas ola bilərsiniz

Bu meyvəni yeməklə siz qanınızda olan xolesterindən xilas ola bilərsinizAraxisin(yer fındığı) tərkibi çoxlu qidalandırıcı, antioksidant maddələrlə zəngindir. Araxis yemək orqanizmin enerjisini artırır, ürəyin fəaliyyətini gücləndirir. Araxisin tərkibindəki maddələr xərçəng əleyhinə təsir göstərir. Onun qlikemik indeksi çox aşağıdır, bu səbəbdən də qanda şəkərin miqdarını qaldırmayan qidalardan hesab edilir. Hər gün araxis yemək II tip şəkərli diabet xəstəliyinin əmələ gəlmə riskini azaldır.
Araxisdən salatlarda, şirniyyatların bişirilməsində geniş istifadə edilir. Onun qızardılmışından qida əvəzi də istifadə etmək mümkündür.
Araxis güclü iltihab əlyhinə, virus əleyhinə və qocalma əleyhinə təsirə malikdir. Həftədə 5 xörək qaşığı araxis yemək çəkinin artmasına səbəb ola bilir. Araşdırmalar zamanı araxisin qanda triqliseridlərin və xolesterinin miqdarını azaltdığı aşkar edilmişdir. Onun az miqdarda qəbulunun çəki artımına səbəb olmadığı da öz təsdiqini tapıb. Araxis yemək r-kumarin turşusunun miqdarını artırır və bu da araxisin orqanizmdə antioksidant təsirinin göcləndirir.
Araxisin tərkibində flavonid var. Bu maddə beyin qan dövranının yaxşlaşmasına yardım edir, Alsheymer xəstəliyinin əmələ gəlmə riskini azaldır.
Araxisin tərkibi B, E vitaminləri, sink, dəmir, kalsium, kalium, fosfor,maqnium, fol turşusu, xolin, selenlə zəngindir.
Araxis ürək-damar və xərçəng xəstəliklərinin əmələ gəlmə riskini azaldır. Araşdırlamar tez-tez araxis yeyən adamlarda böyrək daşlarının əmələ gəlmə riskinin az olduğunu sübut etmişdir. Onun təkibi zülallarla zəngindir. Onu salatlara bitki yağı əvəzinə qatıb istifadə eləmək olar. Amma həftə ərzində 4 xörək qaşığından çox araxis yemək artıq çəkiyə səbəb olduğu üçün məsləhət görülmür.
Araxisin müalicəvi təsirləri  
Qabığı soyulmamış duzsuz araxis yemək ürək xəstəliyi riskini azaldır.
Davamlı olaraq gün əraində 2 xörək qaşığı araxis yağı içmək osteoparoz xəstəliyinin əmələ glməsinin arşısını alır.
Hər gün az miqdar araxis yemək əhval ruhiyyənin yaxşılaşmaslna və stresin aradan qalxmasına səbəb olur.
Araxis yağına üyüdülmüş mixək qaıb ağrıyan dişə qoyduqda ağrı kəsilir.
Araxis yağına şəkər tozu qatıb uzun müddət qəbul eləmək yaddaşı möhkəmləndirir.
15 gün hər səhər 1 xörək qaşığı araxis yağını acqarına içmək lentvari qurdların məhv olmasına səbəb olur.
Araxis yağına bağayarpağı şirəsi qataraq dəriyə sürtdükdə çapıqlardan xilas olmaq mümkün olur.
Fiziki gücü artırmaq, yorğunluğu aradan qaldırmaq, qan dövranının yaxşılaşdırmaq üçün hər gün badam yağından itifadə edilməlidir.
Ehtiyyat tədbirləri  
Araxisdən və araxis yağından istifadə edərkən allergik reaksiyalarını diqqət mərkəzində saxlamaq lazımdır. Ekzema, qaşınma, ağız və dodaqlarda şişkinlik, dilin böyüməsi, baş hərlənmə, küylü nəsfəsvermə baş verdikdə araxis qəbulunu saxlamaq və həkimə müraciət etmək lazımdır. Bu əlamətlər araxisin sizdə allergiyaya səbəb olmasının əlamətləidir. Təzə araxis qalxanabənzər vəzin işini çətinləşdirir. Buna səbəb onun tərkibində zobtrogenlərin olmasıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1153   Tarix: 27 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin

Gündəlik vərdişlər beynin fəaliyyətinə ciddi təsir göstərir. xəbər verir ki, həm gənc yaşlarda, həm də irəliləyən dövrdə sağlam və güclü beyin üçün düzgün addımlar atmaq vacibdir:. Bir stəkan su için: Orqanizmin və beyni

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Dirilik suyu – Şalğam: Min dərdə dəva olan sehirli içkinin əvəzsiz faydaları

Şalqam suyu adlanan alkoqolsuz ferment içki qardaş ölkə Türkiyəyə aiddir. xəbər verir ki, Türkiyənin cənub bölgələrində kəşf olunan şalgam suyu maraqlı ləzzəti və özünəxas dadıyla hərkəsin diqqətini cəlb edir. Şalğam suy

.

Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

Asqırmağı saxlamağa çalışmaq gözlənildiyindən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, bu barədə uşaq anestezioloqu David Kallexo xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, asqırmaq orqanizmi

.

Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır

Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklər

.

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizə kömək etmir. Kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır. 1. Yedikləriniz

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Çay və qəhvə ilə dərman içmək niyə olmaz?

Dərman vasitələrini çay, qəhvə və ya qazlı içkilərlə qəbul etmək tövsiyə edilmir. Çünki bu içkilər preparatların təsirinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov bildirib ki, dərman qəbu

turlar.az

toy makiyajlari hamilelikde qidalanma aksessuarlar salatların hazırlanması həyat tərzi ərzaqlar quymaq resepti kosmetika laylalar şəhid gozellik webnem tovuzlu qizliq perdesi