Bu ölkədə Covid-19-un "Kraken" alt variantı aşkar edildi
Qərbi Balkanların ən kiçik ölkəsi Monteneqroda Covid-19-a səbəb olan "Omicron" alt variantı "Kraken"ə ilk yoluxma hadisəsi müşahidə olunub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Monteneqro Xalq Sağlamlığı İnstitutu açıqlama yayıb.
Açıqlamada "Kraken"in ABŞ-da sürətlə yayılan bir alt variant olduğu bildirilib və yoluxanların İngiltərə, Danimarka, Fransa, Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveç, İslandiya, Belçika, Çexiya və Portuqaliyada da müşahidə edildiyi xatırladılıb.
Qeyd edək ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) yanvarın 13-də Omicron-un "Kraken" adlanan XBB.1.5 subvariantının aşağı risk səviyyəsinə malik olduğunu bildirib.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi