Bu ölkədə koronavirusun yeni variantına yoluxma aşkarlandı
Misirdə koronavirusun yeni variantı "eris" müəyyən edilib.
Milli.Az report-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi iki yoluxma halının qeydə alındığını bildirib.
"Qripə bənzər xəstəliklər, kəskin respirator infeksiyalar və pnevmoniyanı izləyən mərkəzlərin test nəticələri COVID-19 EG-5.2 variantının iki müsbət halını təsdiqləyir", - nazirlik bildirib.
Xəstələrin yaşı açıqlanmır.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi