Bu ölümlərin səbəbi COVID-19 deyil - Həkim

Bu ölümlərin səbəbi COVID-19 deyil - HəkimCOVID-19-a yoluxub sağalmış bəzi insanların "sanki psixikamda dəyişiklik əmələ gəlib" kimi deyimlərinin tez-tez şahidi oluruq. Vəziyyəti kafi qiymətləndirilən, hətta sağalmaq üzrə olan bəzi xəstələrin qəflətən ağırlaşması və tənəffüs dayanmasından dünyalarını dəyişdiyi də söylənilir. Təcili tibbi müdaxilənin kömək etmədiyi bu halı virusun uzunsov beyinə keçib, tənəffüs mərkəzini blokada etməsilə əlaqələndirirlər. Səbəbinin kəskin hipotoniya, bəzi ölümlərin isə virusun qan-damar mərkəzinə iflicedici təsirilə əlaqədar olduğu bildirilir.
Publika.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Həkim bildirib ki, İngiltərədə Derbi Kral Xəstəxanası klinisistlərinin "Cures" jurnalında dərc olunmuş məqaləsində hospitala ağır pnevmoniya diaqnozu ilə daxil olmuş 54 yaşlı xəstədə COVID-19-un fəsadı kimi kortikal korluğun (tam korluq) baş verdiyi söylənilir:
"Bildirmək istəyirəm ki, bu cür məlumatlar insanların qorxu və ağır ruhi sarsıntı kimi korreksiyaolunmaz pozğunluqlara köklənməsinə xidmət edir. Tənəffüsün qəflətən dayanması və ya kəskin hipotoniya kimi ölümlə nəticələnən halın koronavirusla birbaşa bağlılığı yoxdur. Bu ölümlərə COVID-19-u səbəb kimi göstərib insanları qorxu altında saxlamaq olmaz.
İybilmə hissinin yoluxmanın ilk günlərində itməsi, virusun baş beyində sinirlə nəqlinin isə bu keçid yolunun 7-ci günündən sonra başlaması da virusun sinirlə nəqlinin inkarını təsdiq edir.
COVID-19-un korluq törədə bilməsi ümumiyyətlə mümkün deyil. Çünki görmə sinirinin torlu qişadan başlayıb görmə mərkəzinə, yəni ənsə payının "Mahmuz" şırımına qədərki yolunun heç bir sahəsində COVID-19-un bağlandığı aktiv reseptor mexanizm yoxdur.
Xəstəliyi keçirmiş, eləcə də xəstəliyin davamı müddətində bəzi insanlarda müşahidə olunan operativ yaddaş pozğunluğu (xarici qıcığa və paralel reaksiyalara qarşı optimal cavab reaksiyasının uzanması və s.), mnestik və koqnitiv funksiyada törənən dəyişikliklər, "beynin sanki dumanlanması", "şüurun qaranlıqlaşması" və sair kimi əlamətlər, immun sistemin virusa qarşı kəskin əks reaksiyasının nəticəsidir. Bu hal İgG antitellərin titrinin yüksək olduğu halda aparılan vaksinasiya və ya revaksinasiya halında da müşahidə oluna bilər. Bu pozğunluqların hər biri zaman-zaman bərpa olunacaq, normal haldır. Odur ki, buna görə xüsusi narahatlığa əsas yoxdur.
Baş beynin mikrob, bakteriya, virus etiologiyalı iltihabi- destruktiv patologiyaları yalnız bu mikrovarlıqların HEB-i keçərək baş beyinə və ya onurğa beyninə düşdüyü halda mümkündür".

Sağlamlıq     Baxılıb: 2076   Tarix: 23 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

həkim məsləhəti aksessuarlar sac duzumleri evim interyer üz maskaları dil haqqinda atalar sozleri geyim necə seçməli kosmetika veten novruz hakısdası novruz hakista mekteb oglaq