Bu qidadan istifadə etmək beyin qanamasına yol açır - Bazarlarda diqqətli olun - FOTOLAR

Bu qidadan istifadə etmək beyin qanamasına yol açır - Bazarlarda diqqətli olun - FOTOLARQış aylarında rasionumuzdan əksik olmayan darçın həddən artıq artıq istifadə olunduğu halda ölümcül təhlükələr yarada bilər.

Publika.az xəbər verir ki, darçının tərkibində olan "qumarin" adlı maddə qanı duruldur və beyin qanamasına səbəb ola bilir.
Bu qidadan istifadə etmək beyin qanamasına yol açır - Bazarlarda diqqətli olun - FOTOLARMütəxəssislər bildirir ki, son zamanlarda darçına olan tələbatın artması bazarlarda saxta darçınların peydə olmasına yol açıb. Darçın bitkisinin faydalı yeri əldə edilərkən onun qabıqları çıxarılır və bir müddət qurumağa qoyulur. Quruduqdan sonra içindəki incə qismi çıxarılır. Məhz bu qisimdə qumarinin miqdarı olduqca azdır. Ancaq hazırda piştaxtalardakı darçınlar İndoneziya və Vyetnamdan gətirilir. Lakin bu darçınların faydası əsl darçınlardan çox azdır. Bununla yanaşı, qıvrılan darçınlarda qumarinin miqdarı 1 qramda 6,8 milliqram səviyyəsindədir. Orijinal darçının əslində qiyməti buna görə çox bahadır.

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, 70 kq çəkisi olan bir insanın qəbul edəcəyi qumarin maddəsinin miqdarı 7 milliqramdır.

Bəzi insanlar darçının qandakı şəkər miqdarını balansda saxladığını iddia edir. Buna görə də müxtəlif şirniyyatların üzərinə səpilib yeyilməsini xeyirli hesab edirlər. Lakin insanlar bu zaman böyük risk altına girir. Xüsusilə, qanı duruldan qidalarla birlikdə qəbul edirlərsə, insan başını xəfif bir şəkildə bərk yerə vursa belə, beyin qanaması keçirə bilər.

Mütəxəssislər saxta darçından uzaq durmaq üçün bu ədviyyatın toz şəklində alınmasını məsləhət görmür. Çünki bütün ədviyyatlarda olduğu kimi, darçına da miqdarını çoxaldacaq şəkildə başqa maddələr qatılır.

Xəbərlər     Baxılıb: 1578   Tarix: 21 yanvar 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy gecesi kosmetik vasiteler gelinlikler geyimler cavanlaşdırıcı maskalar sağlamlıq haqqında hamilelikde qidalanma kosmetika baldıza aid hakışta narin faydasi opusme vetene aid atalar sozleri oğlan evine aid hakisda