Bu qidalar dişləri ağardır. Təbii ağardıcılar

Bu qidalar dişləri ağardır. Təbii ağardıcılarBəyaz dişlər və parıltılı bir gülümsəməyə sahib olmaq hər kəsin arzusudur.
Ancaq çay və siqaret kimi xarici faktorlar dişlərin bəyazlığını itirməsinə səbəb olur. Ağız və diş sağlamlığı mütəxəssisi Aslı Tapan bəzi qidalar vasitəsilə təbii yolla dişlərin ağardılması üsulları barədə məlumat verib.
Çiyələk
Gözəl dadı və qoxusu ilə tanınan bu meyvə dişlərin üzərində ləkələrin yaranmasının qarşısını alır. Ancaq çiyələyin tərkibindəki turşu və şəkər diş minasına zərər verə bilər. Bu səbəbdən də yedikdən sonra su içmək və ya ağzı yaxalamaq məsləhətdir.
Portağal
Bu meyvənin qabığının içindən təbii diş məcunu əldə edilir. Həftədə bir neçə dəfə tətbiq edilməsi fayda verər.
Alma sirkəsi və limon suyu
Dişlərin ağardılmasında faydalı olan bu təbii məhsullar tez-tez istifadə olunduqda diş minasına zərər verərək çürüklərin yaranmasının sürətləndirə bilər. Bu səbəbdən də diqqətli şəkildə istifadə olunmalıdır. Ən sağlam ağardıcı məhsullar isə lifli məhsullardır. Dişləri ləkə əmələ gətirən bakteriyalardan təmizləyərək ağız və diş sağlamlığında əhəmiyyətli rol oynayır. Bunlar alma, kök, gül kələm və armud hesab olunur.
Dişlərinizi güclü saxlamaq üçün bu qidaları yeyin:
Süd
Çənə sümüklərini gücləndirib diş əti xəstəliyindən qoruyur. Kalsium baxımından çox əhəmiyyətlidir.
Qızılbalıq (somon balığı)
Uşaqlarda dişlərin inkişafına çox yardımçı olan bu qida D vitamini və kalsiumla zəngindir.
Portağal və sitrus bitkiləri
C vitamini ilə bol olan bu qidalar dişin sərt təbəqəsini gücləndirir, dişləri turşulara qarşı qoruyur, diş əti iltihabının qarşısını alır, birləşdirici toxumanı gücləndirir, diş ətlərinin sağlam qalmasını təmin edir.
Çiyələk
Təbii diş ağardıcı bu qida C vitamini ilə zəngin olub diş əti sağlamlığını qoruyur.
Su
Ağzın içində yuyucu təsiri əvəzolunmazdır və tüpürcək səviyyəsini yüksək saxlayır.
Brokoli
Antioksidant xüsusiyyəti ilə deyil, dişləri turşuluqdan qoruyan xüsusiyyəti ilə tanınır. Diş minası üzərində müdafiə qalxanı əmələ gətirir.
Küncüt toxumu
Dişlərdə bakteriyaların əmələ gəlməsini azaldır və bu səbəbdən də diş əti sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.
Badam və quru meyvələr
Ağızda təmizləyici təsirə malik olub diş əti üzərində ərp təbəqəsinin yaranmasının qarşısını alır. Diş əti sağlamlığı üçün əhəmiyyətlidir.
Adaçayı (sürvə)
Bu təbii məhsulla diş fırçalamaq və qarqara etmək ağız sağlamlığı baxımından çox önəmlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 983   Tarix: 03 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

kosmetika mehsullari donlar 2026 makiyaj instagram terevezler toyluq donlar 2026 aybaşı 2026 hicab kosmetika qoğalın nağlı itburnu ziyafet geyimleri novruz hakista atalar sözləri