Bu qidaları süfrənizdən götürün - Bir loxması belə ürəktutmaya yol açır

Bu qidaları süfrənizdən götürün - Bir loxması belə ürəktutmaya yol açırÜrək xəstəlikləri dünya üzrə ən çox rast gəlinən ölüm səbəbləri sırasındadır. Kardioloqlar bu xəstəliklərin əsas səbəblərindən birinin yanlış qidalanma olduğunu bildirirlər və bəzi qidaların tezliklə həyatımızdan çıxarılmasının vacibliyini vurğulayırlar.
Milli.Az xəbər verir ki, ürək-damar sağlamlığını qorumaq üçün əsasən təbii, az işlənmiş qidalara üstünlük vermək tövsiyə edilir.
Kardioloq Prof. Dr. Alan Rozanski ürək sağlamlığı üçün zərərli ola biləcək qidalar siyahısını paylaşaraq, xüsusilə şəkərli, rafinə edilmiş karbohidratlar və yüksək dərəcədə işlənmiş ətlərdən uzaq durmağı məsləhət görüb. O qeyd edib ki, bu məhsullar yüksək miqdarda natrium, nitrat, nitrit və digər əlavə maddələr ehtiva edir. Aparılan tədqiqatlar göstərir ki, belə qidalar ürək xəstəlikləri və bəzi xərçəng növləri üçün risk yaradır.
Eyni zamanda, Kaliforniyada fəaliyyət göstərən ürək cərrahı Dr. Jeremy London, ürəyin zəif olduğunu göstərən əlamətləri açıqlayıb. Sosial mediada paylaşdığı məlumatda hazır sup, enerji içkiləri, ağ çörək, çox miqdarda un məmulatları və konservləşdirilmiş tərəvəzlərin ürək sağlamlığı üçün təhlükə yaratdığını qeyd edib. O, ağ çörək yerinə qara çörəyi, konservləşdirilmiş tərəvəzlər əvəzinə təzə tərəvəzlər seçməyi məsləhət görüb.
Həkimlərin tövsiyələrinə görə, ürək sağlamlığı üçün qida rasionunda təzə və təbii məhsullara üstünlük vermək, yüksək duz və şəkər tərkibli souslardan uzaq durmaq vacibdir. Bu sadə dəyişikliklər ürək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynaya bilər.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1478   Tarix: 21 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

geyim necə seçməli yay geyimləri 2026 kosmetik vasiteler evlilik etiraflar mələk kartları çək nişan geyim modelləri kosmetika buga burcu haxista efsaneler şirin qoğal big.az