Bu qız tutduğunu buraxmır - VİDEO
İngiltərədə yaşayan 19 yaşlı Luisa Allenin götürdüyü əşyalar əlində qalır.
xanim.az Publika.az-a istinadən bildirir ki, bu ölkə mətbuatına istinadən xəbər verir ki, qız miyotonik distrofi adlı əzələ xəstəliyindən əziyyət çəkir.
Luisa əlinə hər hansı əşya alanda əzələlər tutulur və hərəkət edə bilmir. Bu məqamda qızın yeganə yolu gözləməkdir. Onda bu xəstəlik 3 il əvvəl başlayıb. Nadir rast gəlinən bu xəstəlik nəticəsində insanın əzələləri əriyir.
Luisa deyir ki, bir televizorun pultunu tutarkən, şüşənin qapağını açarkən birdən əli tutulur. Bu proses bəzən bir neçə saniyə, bəzən 5 dəqiqə çəkir.
O, gün ərzində özünü daim halsız hiss edir. Gündə 17 saat yatır, 5 dəqiqədən çox ayaq üstə dayana bilmir.
Həkimlərin sözlərinə görə, xəstəlik hələ ancaq əzələlərə təsir edir, gələcəkdə ürəyinə və ciyərlərinə də zərər vuracaq. Xəstəliyin hər hansı müalicəsi yoxdur. Hazırda ona tətbiq edilən müalicə ağırlaşmanın qarşısını almaq üçündür.









Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur rəssam vəfat etdi
Polat Alemdar' oğulları ilə
Maksim Qalkinin Bakıda - FOTOLAR
Ebru Gündeş əməliyyatdan sonra ilk dəfə üzə çıxdı - FOTOLAR