Bu simptom həyati təhlükə daşıyır, amma çoxları fikir vermir - 36 yaşlı xərçəngi xəstəsi

Bu simptom həyati təhlükə daşıyır, amma çoxları fikir vermir - 36 yaşlı xərçəngi xəstəsiDünyada ən çox yayılmış xərçəng növlərindən biri olan bağırsaq xərçəngi adətən artıq çəki, alkoqollu içki qəbulu, genetik və yaş kimi faktorlarla əlaqələndirilir. İngiltərədə yaşayan və 36 yaşında irəliləmiş mərhələ bağırsaq xərçəngi diaqnozu qoyulan Carla Mitchell çox insan tərəfindən gözardı edilən mühüm simptomlardan bəhs edib.
Milli.Az xəbər verir ki, Carla uzun müddət davam edən xroniki yorğunluq və ayaq ağrılarından şikayət edirdi. Nəcisində qan gördükdən sonra həkimə müraciət edib və aparılan təhlillər nəticəsində onun 3-cü mərhələ bağırsaq xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb. Bu vəziyyətə səbəb olan faktor isə Lynch sindromu adlanan genetik xəstəlik idi.
Lynch sindromu DNT-dəki səhvləri düzəltmək qabiliyyətini məhdudlaşdıraraq xərçəng inkişafına şərait yaradan genetik mutasiyalarla əlaqəlidir. Bu sindrom bağırsaq, uşaqlıq, yumurtalıq, mədə, öd kisəsi, prostat və sidik yolları kimi orqanlarda xərçəng riskini əhəmiyyətli dərəcədə artırır. Statistika göstərir ki, Lynch sindromu daşıyıcılarında bu orqan xərçənglərinin görülmə ehtimalı 70% daha yüksəkdir.
Sindrom genetik yolla keçdiyi üçün daşıyıcı şəxsin birinci dərəcəli yaxınları da risk altında ola bilər. Bununla belə, xəstəliyin erkən aşkar olunması, xərçəng riskini azalda biləcək tədbirlərin görülməsinə imkan yaradır. Araşdırmalar göstərir ki, gündəlik az dozalı aspirin istifadəsi bağırsaq xərçəngi riskini 40% azalda bilər.
Lakin İngiltərədəki statistikaya görə Lynch sindromu daşıyıcılarının 95%-i bu genetik riski bilmədən yaşayır. Rəsmi siyasətə əsasən, bütün bağırsaq xərçəngi xəstələri bu sindrom üçün yoxlanılmalıdır, lakin mütəxəssislər bu tədbirlərin kifayət qədər effektiv olmadığını bildirirlər.
Londondakı Xərçəng Araşdırma İnstitutundan Clare Turnbull Lynch sindromu riskini daşıyan şəxslər üçün erkən müdaxilə və strateji müalicə metodlarının həyati əhəmiyyət kəsb etdiyini vurğulayır. O həmçinin, uşaqlıq xərçəngi olan qadınların da bu sindroma görə müayinədən keçməsinin vacibliyini qeyd edir.
Oxford Universitetinin alimləri Lynch sindromu üçün xüsusi bir peyvənd üzərində çalışır. Bu peyvəndin immunitet sisteminə Lynch sindromundan qaynaqlanan DNT səhvləri ilə əlaqəli xərçəng hüceyrələrini aşkar etməkdə kömək edəcəyi gözlənilir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1262   Tarix: 19 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

donlar 2026 geyim dəbləri qadın geyimi geyim və ayaqqabılar emulqatorlar cemli piroq ayaqqabı modelləri kosmetika faydalı məsləhətlər şirin qoğal fitat novruz bayramina aid hakistalar usaq seirleri