Bu təhlükəli yağın Azərbaycana idxalı iki dəfə artıb: Görün harada istifadə olunur

Bu təhlükəli yağın Azərbaycana idxalı iki dəfə artıb: Görün harada istifadə olunurDövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 54% və ya 12 min 887 ton, dəyər ifadəsində isə 46.6% və ya 13 milyon 672 min ABŞ dolları artıb. 2023-cü ilin ilk 8 ayında Azərbaycana 29 milyon 323 min ABŞ dolları dəyərində 23 min 818 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib.
Bu təhlükəli yağın Azərbaycana idxalının artmasının səbəbi nədir, ondan harada istifadə edilir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu yağ sənaye və qida məqsədilə istifadə olunur:
"Qida məqsədilə olan yağ palmanın lətindən, yəni meyvəsindən əmələ gəlir. Sənaye üçün palmanın toxumlarından yağ hazırlanır. Bu yağdan parfümeriya və sabun istehsalında istifadə olunur. Palmanın meyvəsindən əmələ gələn yağ təhlükəsizdir. Qida üçün yararlıdır. Bu yağa bir çox qidaların tərkibində rast gələ bilərik".
Ekspert əlavə edib ki, palma yağına qarşı MDB ölkələri arasında böyük basqı var:
"Nədənsə Azərbaycanda, o cümlədən Rusiyada firmalar malların üzərində yağın mənşəyi haqqında məlumat yazmırlar. AQTA qarşısında məsələ qaldırmışıq ki, yağın mənşəyi yazılsın. Bütün hallarda yağın mənşəyi qeyd olunmalıdır ki, istehlakçılar bilsin. Palma yağı harada istifafə olunursa, tam leqqalaşdırılmalıdır. Sənaye üçün yararlı olan palma yağının qidada istifadə olunması arzuolunmazdır".
Xatırladaq ki, son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir. Eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Bu ilin 8 ayında Azərbaycanda 30 min 645 ton marqarin istehsal edilib ki, bununda 857 tonu ixrac edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 1408   Tarix: 23 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

turlar.az

geyim şəkilləri qadin dunyasi geyim seçimi baliq yagi pnevmoniya xesteliyi boy uzadan payız xəstəlikləri kosmetika penis səməd vurğun novruz bayramina aid hakisdalar uzeyir hacibeyli ağır itki