Bu tərəvəzlər immunitetin güclənməsi üçün çox faydalıdır

Bu tərəvəzlər immunitetin güclənməsi üçün çox faydalıdırBu tərəvəzlər immunitetin güclənməsi üçün çox faydalıdır

İmmunitetin zəiflədiyi qış aylarında immun sistemini gücləndirmək üçün sağlam qidalanmaq lazımdır. Vitaminlə bol olan qış tərəvəzləri xəstəlikdən qorunmaq üçün uyğun bişirilmə şərtlərində hazırlanmalı və doğru miqdarda istifadə edilməlidir. Bunlardan bol-bol istifadə edin. C vitamini vücuddan zərərli maddələrin çıxarmaqla vücudun müqavimət sistemini gücləndirir.

Yaşıl bibər, cəfəri, vəzəri, gül kələmi, ispanaq, itburnu kimi qidalarda bol miqdarda C vitamini vardır. İspanaq tərkibində olan C, E və B qrupu vitaminlər və dəmir, maqnezium, fosfor, yod mineralları sayəsində immun sistemini gücləndirər və soyuqdəymələrin qarşısını alar.

Cəfəri bir provitamin A (beta karotin) mənbəyidir. Bu xüsusiyyətilə görmə gücü, kapilyar damarları, böyrəküstü vəzlərin və qalxanabənzər vəzlərin funksiyaları üzərində təsirlidir. Yarpaqlarında uçucu yağlar, flavonoid, protein, xlorofil və qlükozit, köklərində uçucu yağ, şəkər və qlükozit vardır. Yarpaqları vitamin (A, C, K), dəmir, kalium, kükürd, kaslium, manqan baxımdan zəngindir. Bir miqdar cəfəri günlük C vitamini ehtiyacının çoxunu qarşılayır.

Qışlıq tərələrdən olan kəvərin tərkibinə C, K, B vitaminlərini, kalium, kalsium, maqnezium, kükürd, mis, yod mineralları daxildir. Eyni zamanda bədənin müqavimətini artıran kəvər böyrək daşlarının əmələ gəlməsinə mane olar və xərçəngdən qoruma xüsusiyyətinə sahibdir.

Kərəviz yüksək təzyiqi nizamlayır. A, B, C vitaminlərilə zənginolan, dəmir, sink, mis, selenium tərkibli kərəviz immuniteti qüvvətləndirir. Böyrək daşlarının düşməsinə yardımçı olur. Antioksidan təsirlidir, qandakı stress hormonlarını azaltmaq təsirilə yüksək təzyiqi və xolestrolu nizamlayır. Kələm də orqanizmin müqavimətini artırır. Tərkibi B, C, E vitaminləri və kalium, kalsium, kükürd, dəmir, mis, maqnezium kimi minerallarla zəngindir. Qəbzlik zamanı da təsirlidir. Antioksidan tərkibli olduğuna görə bağırsaq xərçənginin yaranmasını əngəlləyir.

Gül kələmi infeksiyalardan qoruyur. C vitamini və maqnezium mənbəyi olan gül kələmi antioksidan tərkiblidir. Xərçəng və ürək xəstəliyinə tutulma riskini azaldır. Gül kələm anti-bakterial və infeksiyalara qarşı təsirli olduğu üçün sidik yolu infeksiyalarına da təsiri çoxdur.

Brokkoli xərçəngə qarşı qoruyur. Beta karotin tərkibi yüksək olduğundan yemək borusu, mədə və bağırsaq xərçəngi təhlükəsini azaltma xüsusiyyətinə malikdir. B1, C vitaminlərilə zəngindir. Tərkibinə kalium, kalsium, kükürd, selenium minirelları da daxildir. Brokkolinin lif nisbəti yüksəkdir, xərçəngin qarşısını alır.

Tərəvəz yeməklərinə dad verən sarımsaq sağlam qidalanmada olduqca əhəmiyyətlidir. Sarımsağın tərkibində bol miqdarda su, kükürd birləşmələri, protein, lif və sərbəst amin turşusu vardır. Sarımsağın tərkibinə yüksək miqdarda saponin, fosfor, kalium, sink, kükürd orta miqdarda selenium, A və C vitaminləri ilə az miqdarda da kalsium, maqnezium, natrium, dəmir, manqan və B vitaminləri daxildir. Sarımsağın ən əsas biokimyəvi xüsusiyyətindən biri antioksidan təsirli olmağındadır. Sarımsaq xərçəngə qarşı çox faydalıdır.

Sağlamlıq     Baxılıb: 2937   Tarix: 22 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

turlar.az

hamiləlik geyim və ayaqqabılar qadin dunyasi gözəllik zirincin faydalari ud hindi faydalari sandal ayaqqabilar kosmetika banan sanamalar gozde olar hakista sozler novruz bayramına aid hakışta