Bu vərdiş beyni 8 il gəncləşdirir – alimlərdən maraqlı açıqlama

Bu vərdiş beyni 8 il gəncləşdirir – alimlərdən maraqlı açıqlamaFlorida Universitetinin alimləri müəyyən ediblər ki, sağlam və balanslı həyat tərzi yalnız bədəni deyil, beyni də gəncləşdirə bilər.
Milli.Az xəbər verir ki, araşdırmanın nəticələri "Brain Communications" jurnalında dərc olunub.
İki il ərzində aparılan tədqiqatda 128 orta yaşlı və yaşlı kişi iştirak edib. Mütəxəssislər onların beyin fəaliyyətini MRT müayinəsi və süni intellekt vasitəsilə analiz edərək xronoloji yaşla müqayisə ediblər.
Nəticələr göstərib ki, bəzi gündəlik vərdişlər beyinin "bioloji yaşını" 8 ilə qədər azalda bilər.
Alimlər bu təsiri yaradan əsas amilləri aşağıdakı kimi müəyyən ediblər:
Siqaretdən uzaq durmaq
Bədən formasına nəzarət (bel ətrafının qadınlarda 80 sm, kişilərdə 94 sm-dən artıq olmaması)
Müsbət düşüncə və optimizm
Stresin minimuma endirilməsi
Sosial əlaqələrin güclü olması, ailə və dost dəstəyi
Keyfiyyətli və kifayət qədər yuxu
Tədqiqatın rəhbəri, Florida Universitetinin dosenti Kimberli Sibill bildirib ki, bu vərdişlər insanın həm fiziki sağlamlığını, həm də beyin funksiyalarını uzunmüddətli qorumağa kömək edir:
"Sağlam həyat tərzi beyini cavan saxlayan təbii vasitədir. Bu, yaşlanmanı ləngidir və yaddaşı aktiv tutur", - deyə o vurğulayıb.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1467   Tarix: 13 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim dəbləri toy makiyajlari hamiləlik qadinlar haqqinda maraqli melumatlar usaqlarda angina qadin.az ud hindi faydalari kosmetika veten big.az sağlıq cinsi əlaqə novruz bayramına aid hakışda