Bu vərdişlər kişiləri ata olmaqdan məhrum edə bilər

Bu vərdişlər kişiləri ata olmaqdan məhrum edə bilərBir çox kişi əmindir ki, əgər intim münasibətlərdə heç bir problem yaranmırsa, onlarda sonsuzluqla bağlı problemlər yarana bilməz. Ancaq belə deyil. Elə vərdişlər var ki, adi məşğuliyyət kimi görünsə də, kişilərin ata olmaq şansına ciddi şəkildə təsir edir.
Publika.az oxuyucuları kişilərdə sonsuzluğa təsir edən amillərlə tanış edib.
Həyat tərzi böyük rol oynayır. Əgər həyat tərziniz sağlamlıqdan çox uzaqdırsa, atalıq şansları aşağı düşür. Fiziki fəaliyyətin olmaması, siqaret, artıq çəki, alkoqol, digər toksik və psixoaktiv maddələrin istifadəsi - bunların hamısı birlikdə və ayrı-ayrılıqda sonsuzluğa səbəb ola bilər.
Alkoqol istifadəsi
Uşaq planlaması həftəsində spirtli içkilərdən imtina etmək lazımdır. Hətta həftədə bir dəfə alkoqol qəbul etsəniz də, həmin həftə içkidən uzaq durun. Sübut olub ki, həddən artıq alkoqol qəbulu spermatozidlər üçün zərərlidir.
Buxar vannası
Buxar vannası da sperma sayına təsir edən amillərdəndir. Odur ki, uşaq planlaması ərəfəsində sauna istirahətinə fasilə vermək lazımdır, həmçinin avtomobil oturacağını qızdırmaq olmaz.
Yeri gəlmişkən, soyuqdəymə, qrip və ya 38 dərəcədən çox hərarət sperma sayına mənfi təsir edir.
Sala
Donuz piyi sadəcə ürək və damarlara deyil, reproduktiv sistemə də zərərlidir: onun çox olması ilə spermanın hərəkətliliyini əhəmiyyətli dərəcədə azalır.
Odur ki, yüksək xolesterinli yağlı heyvan məhsullarının istehlakını minimuma endirmək daha yaxşıdır. Bunlara yağlı pendir və ət, xama və bəzi xəmir xörəkləri daxildir.
Qəhvə
Alimlər deyirlər ki, bir neçə fincan qəhvə kişilərin həyatını yaxşıca poza bilər. Müqayisə üçün: qəhvə və kofeinli içkilərdən istifadə etməyənlərdə sperma hüceyrələrinin sayı 1 ml seminal maye üçün 50 milyondan artıqdır.
Gündə yarım litr qəhvə içənlərdə isə ata olmaq şansı aşağıdır - hər ml-ə 35 milyon spermatozoid düşür.
Siqaret
Nikotin spermatozoidlərin hərəkətliliyini əhəmiyyətli dərəcədə azaldır. Əgər ata olmağı planlaşdırırsınızsa, bu vərdişdən xilas olmaq lazımdır. Axı siqaret uşaqlarda respirator xəstəliklərinin inkişafı riskini artırır.
Xroniki yuxusuzluq
Bu bənddə hər şey çox sadədir, xroniki yuxusuzluq orqanizmdə stress hormonu kimi tanınan kortizolun səviyyəsini artırır. Bu hormonlar da öz növbəsində testosteron ifrazını "boğur".
Gecələr yemək vərdişi
Gecə yemək yeyən insanlarda nə baş verir? Onlar kökəlir. Yağ hüceyrələri estrogen hormonlarını ifraz etməyə başlayır, bu isə sperma istehsalında zəruri olan bir hormon - testosteronun sintezinə maneə yaradır.
Heç yerim ağrımırsa, sağlamam
Kişilərdə cinsi yolla keçən xəstəliklərin çox vaxt simptomları hiss olunmur, amma müalicə edilməzsə, sağlamlığa ciddi ziyan vura, hətta sonsuzluğa gətirib çıxara bilər. Məsələn, xlamidioz kişilərin atalıq şansını üçdə bir faiz aşağaı salır, qonoreya isə yumurtalıqların iltihabına səbəb olur. Bu da nəticədə spermatozoid proseslərini pozur.
Gördüyünüz kimi, ata olmaq şansını artırmaq üçün həyat tərzinizi dəyişdirmək və pis vərdişlərdən qurtulmaq üçün bir az səy göstərməlisiniz. /publika.az

Sağlamlıq     Baxılıb: 2495   Tarix: 22 iyun 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

makiyaj instagram həkim məsləhəti qadin sayti xalq təbabəti vətən haqqında bayatı sinir sistemi ataya aid atalar sozleri kosmetika vətənə aid atalar sözləri novruz bayramı qurd xəstəliklərinə qarşı mualicə maska ziyafet geyimleri