Bu xəstələri birbaşa özəl xəstəxanaya APARMAYIN - Tanınmış mütəxəssis ŞOK SƏBƏBİ açıqladı
"19 il həm dövlət, həm də özəl reanimasiyalarda fəaliyyətdə olan həkim kimi deyirəm: avtoqəza, yol nəqliyyat hadisəsi, hündürlükdən yıxılma, yanıq kimi travma xəstələrini ilkin olaraq heç bir özəl klinikaya aparmayın".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib.
Mütəxəssis bildirib ki, burada Mərkəzi Klinik Xəstəxana istisnadır.
Xəstə mütləq sistemli dövlət klinikasına aparılmalıdır: "Dövlət xəstəxanalarında mütləq xəstə qəbul ediləcək. Çünki orada növbətçi cərrah, travmatoloq, reanimatoloq olur. Onlar xəstəyə cavabdeh olur. Onların hər işi də xəstəlik tarixində sənədləşdirilir. Özəl klinikalarda isə təcili travma xəstəsi ilə heç kim məşğul olmaq istəmir. Həm də bu sistem özəllərdə tam oturuşmayıb. Yəni cərrah istəsə, xəstəni qəbul etməyə bilər. Özəl xəstəxanalarda əməliyyatlar planlı və elektivdir. Məsələn, LOR, plastik cərrahiyyə, bariatrik cərrahiyyə, neyrocərrahiyyə, kardiocərraiyyə və s. Qısası, travmalı xəstələri birbaşa özəl xəstəxanaya yerləşdirmək süzgün deyil". /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?