Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər - TƏFƏRRÜAT

Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər - TƏFƏRRÜATVərəm "Mycobacterium tuberculosis" adlı bakteriyanın səbəb olduğu yoluxucu xəstəlikdir.
Vərəm mikrobu hava ilə ötürülür və müalicəsi mümkündür. Bəs, vərəmin müalicəsində qidalanma necə olmalıdır?
Milli.Az musavat.com-a istinadən bu xəstəliklə bağlı olan bütün maraqlı detalları təqdim edir:
Diabet, xərçəng xəstəliyinin bəzi növləri və böyrək xəstəlikləri kimi amillərdən qaynaqlanan vərəm, dünyada təxminən bir milyona yaxın insana təsir edən yoluxucu bir xəstəlikdir.
Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər - TƏFƏRRÜATVətəm  haqqında
Vərəm  ümumiyyətlə, "Mycobacterium tuberculosis" (MTB) bakteriyalarının səbəb olduğu yoluxucu bir xəstəlikdir. Bu xəstəlik ağciyərlərə təsir göstərir, eyni zamanda bədənin digər hissələrinə də öz mənfi təsirini göstərə bilir. Vərəm infeksiyasının iki növü var:
Gizli Vərəm - Bakteriyalar bədəndə təsirsiz qalır. Simptomlara səbəb olmurlar və yoluxucu deyil, lakin aktiv ola bilərlər.
Aktiv Vərəm - Bakteriyalar simptomlara səbəb olur və başqalarına yayıla bilər.
Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər - TƏFƏRRÜATVərəmin simptomları:
- Üç həftə və ya daha çox davam edən öskürək
- Qan tüpürmək
- Sinə ağrısı (xüsusilə nəfəs alma və ya öskürək ilə)
- Sürətli arıqlama
- Yorğunluq
- Qızdırma
- Gecələr durmadan tərləmə
- Titrətmə
- İştahsızlıq
Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər - TƏFƏRRÜATVərəmlə mübarizədə qidalanma necə olmalıdır?
Sağlam bir pəhriz və ideal çəki vərəm xəstələri üçün çox vacibdir. Sağlam yemək və ideal çəkidə olmaq bu xəstəliyin riskini xeyli azaldır. Bundan əlavə, bədənin vərəmə qarşı güclü və xəstəliyin öhdəsindən gəlməyə qadir olması lazımdır.
Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər - TƏFƏRRÜATQeyd edək ki, bədənin infeksiyalara qarşı müqaviməti bir çox amillərdən asılıdır. Qənd və un məmulatlarından çox istifadə etmək, həddindən artıq spirtli içki qəbul etmək, stress və az hərəkətlilik immun sistemini zəiflədərək infeksiya meylini artırır.
Gigiyena qaydalarına və təmizliyə riayət edilməsi digər vacib amildir. Bundan əlavə, qidaların müxtəlifliyi, yaxşı bişirilmə və onların hazırlanma şəraitinin yaxşı olması da bu xəstəliyə tutulmamaq üçün vacib tələblərdəndir.
Bütün bu amillərə əlavə olaraq, immunitet funksiyalarının davamını təmin edən vitaminlər, minerallar və digər qida maddələrinin çatışmazlığı infeksiyalara qarşı həssaslığı artırır. Probiyotiklər, xüsusən də A və C vitaminləri, sink və bir çox vitamin-mineral preparatlar infeksiyalara qarşı qəti və ya qismən fayda göstərən qida əlavələridir.
Sağlam yemək üçün 5 əsas qida qrupu var.
Bunlar:
- Süd və süd məhsulları
- Ət, balıq, toyuq, yumurta
- Çörək, dənli bitkilər və paxlalı bitkilər
- Mövsümi tərəvəz və meyvələr
- Yağ
Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə səbəb ola bilər - TƏFƏRRÜATİndiki dövrdə, pasterizə olunmamış süd və xam süddən hazırlanan pendirlər vərəmə tutulmaq üçün ən böyük səbəblərdən biri ola bilər. Qablaşdırılmamış və küçədə satılan süd nəzarətsiz olur və düzgün bişirilməməsi bir çox yoluxucu xəstəliklərə, eləcə də də vərəmə səbəb ola bilər.
Bu vəziyyət eyni zamanda, son illərdə vərəm xəstəliyinin yenidən ortaya çıxmasının ən vacib səbəblərindən biridir. Bundan əlavə, restoran və kafelərdə yeyilən və qida təhlükəsizliyi qaydalarına uyğun olmayan qidaları yemək əsas problemlərdəndir. Bu qidaların hazırlanması və təqdim edilməsi şərtləri qida zəhərlənmələrinin, xüsusən də vərəmin səbəbi olaraq görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1566   Tarix: 24 noyabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

qadin dunyasi yay geyimləri 2026 gelinlikler hamiləlik testi saç kəsimləri 2026 sizanaqlara qarsi maska payiz geyimleri kosmetika terezi zehmet ve zinet gözellik vətən haqqında bayatı hüzeyir hacibəyov