Bu yağlar insanın ağlını itirməsinə səbəb olur
Bu yağlar insanın ağlını itirməsinə səbəb olurAmerika alimləri belə qənaətə gəliblər ki, qanında trans yağlar və süni dadlandırıcı yağlar olan şəxslər alzheymer və kəmağıllığa meylli olurlar.
Alimlər 10 il müddətində Yaponiyadan olan və yaşı 60-dan yuxarı olan 1628 nəfər üzərində araşdırma aparıb.
Alimlər təcrübədə təzyiq, şəkər və alzheymer xəstəliyinə səbəb olan faktorları araşdırmaq istəyiblər. Nəticədə isə müəyyən olunub ki, qanında 52-74 faiz transyağ olan şəxslər demensiyaya daha meyllidirlər.
Xatırladaq ki, transyağlar ucuz məhsullarda, fast-food qidalarda və qızarmış yeməklərdə olur. Bundan başqa, bu yağlar qaymaqda, dondurulmuş pizzada və marqarində də var.
Daha əvvəl mütəxəssislər altsheymer xəstəliyinin ilkin əlamətlərini açıqlamışdılar. Onların fikrincə, xəstəlik ilkin mərhələdə özünü lazımlı sözlərin seçilməsi, görmə qabiliyyətinin itirilməsi və qərar verməkdə çətinlik çəkməklə büruzə verir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi