Bu yarpaqlar ürək və qaraciyər üçün çox faydalıdır
Çuğundur və onun yarpaqları qədim zamanlarda müalicəvi bitkilər kimi istifadə olunurdu.
Çuğundur yarpaqlrı çox zəngin vitamin-mineral tərkibə malikdir. Onun tərkibində C, A, E, fol turşusu, pantoten turşusu (B5), tiamin (B1), riboflavin (B2), beta-karotin və həmçinin fosfor, kalsium, maqnezium, yod, sink və s. var.
Çuğundur yarpaqları yazda avitaminoz zamanı xüsusilə faydalıdır.
Yarpaqlar ürək-damar sistemi xəstəlikləri zamanı müalicəvi-profilaktik vasitə sayılır - ürəyin və damarların fəaliyyətinə müsbət təsir edir, aterosklerozun inkişafının qarşısını alır.
Fol turşusu ilə zəngin olan çuğundur yarpaqları qanazlığı zamanı çox xeyirlidir.
Hamilə qadınlar üçün fol turşusu çox vacib sayılır - dölün sinir sisteminin inkişafı qüsurlarının qarşısını alır. Bu səbəbdən hamilə qadınlar çuğundur yarpaqlarını öz qidalanmasına daxil etməlidir.
Yarpaqların tərkibində xolin maddəsi var. Bu maddə qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin piylənməsinin qarşısını alır.
Pektinlərlə zəngin olan çuğundur yarpaqları bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir, mikrofloranı bərpa edir, qəbizliklə mübarizdə kömək edir.
Belə hesab olunur ki, çuğundur yarpaqları şişəleyhinə təsirə malikdir.
Çuğundur yarpaqları müxtəlif salatlara əlavə etmək, pörtlətmək, kotletlərə və s. əlavə etmək olar.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi